Güləşçimiz erməni rəqibinə qalib gəldi - TARİXDƏ İLK DƏFƏ - VİDEO

Güləşçimiz erməni rəqibinə qalib gəldi - TARİXDƏ İLK DƏFƏ - VİDEO

Zaqrebdə keçirilən yunan-Roma güləşi üzrə dünya çempionatında Azərbaycan idmançısı Murad Əhmədiyev tarixi uğura imza atıb.

QELEBE.AZ xəbər verir ki, 97 kq çəki dərəcəsində çıxış edən Əhmədiyev əvvəlcə italiyalı Nikoloz Kaxelaşvilini (4:1), ardınca qırğızıstanlı Uzur Cuzupbekovu (5:1) məğlub edib.

1/4 finalda isə o, dünya və Avropa çempionu, erməni güləşçi Artur Aleksanyanla qarşılaşıb. Görüş 3:3 hesabı ilə başa çatıb, lakin qaydalara əsasən sonuncu xalı qazanan Murad Əhmədiyev qalib elan olunub.

Bu qələbə Azərbaycan güləşçilərinin Aleksanyan üzərində qazandığı ilk tarixi zəfər kimi yadda qalıb.