Baş məşqçi: “Gimnastlarımız yığmanın liderlərini görüb onlara oxşamağa çalışırlar”

Baş məşqçi: “Gimnastlarımız yığmanın liderlərini görüb onlara oxşamağa çalışırlar”

“Gimnastlarımız yığmanın liderlərini məşqlərdə görəndə onlara oxşamağa çalışırlar”.

Bunu “QELEBE.AZ”a açıqlamasında Zirə Mədəniyyət Mərkəzi Eko-Parkın bədii gimnastika üzrə baş məşqçisi Nəzirəxanım Fərədova deyib.

Baş məşqçi Milli Gimnastika Arenasında baş tutan təlim-məşq toplanışını yüksək qiymətləndirib. O, yaradılan şəraitə görə Azərbaycan Gimnastika Federasiyasına (AGF) təşəkkürünü bildirib: “Zirə Mədəniyyət Mərkəzində bədii gimnastika 2015-ci ildən tədris olunur. Hazırda klubumuzda 50-dən çox gimnast məşq edir. İdmançıların Milli Gimnastika Arenasında təlim-məşqlərə dəvət olunması hamımız üçün qürurvericidir. Bu zalda yığma komandanın liderləri ilə birgə məşq keçmək və onların hazırlıqlarını görmək hər bir kiçik gimnastın arzusudur”.

Nəzirəxanım Fərədova əlavə edib ki, Milli Gimnastika Arenasındakı şərait regionlardan fərqlənir: “Bura nəinki Azərbaycanda, bütün dünyada tanınmış zaldır. Öz şəraiti ilə digər ölkələrdəki arenalardan üstündür. Hər bir gimnast üçün burada məşq etmək ən böyük arzudur. Məşqlərə çox vaxt ayrılır, yanaşma daha peşəkardır”.

O bildirib ki, yığma üzvləri ilə birgə keçirilən təlim-məşq toplanışlarından sonra gimnastlar yarışlarda daha uğurlu nəticələr göstərirlər: “Çünki toplanışdan əvvəlki ilə sonrakı səviyyə arasında fərq böyük olur. Hər bir məşq həm idmançılar, həm də məşqçilər üçün böyük təcrübədir”.

Fərdi
Fərid Qayıbov növbəti dəfə yarışlarda uğur qazanmış idmançılarla görüşüb

Fərid Qayıbov növbəti dəfə yarışlarda uğur qazanmış idmançılarla görüşüb

Fərdi
Çexiyalı qapıçı "Qarabağ"la oyunda iştirak etməyə bilər

Çexiyalı qapıçı "Qarabağ"la oyunda iştirak etməyə bilər

Fərdi
"Formula 1": Yeni mövsümün ilkin təqvimi açıqlanıb

"Formula 1": Yeni mövsümün ilkin təqvimi açıqlanıb

Fərdi
Osman Nurməhəmmədov: "Bura isə yalnız qızıl medal üçün gəlmişdim"

Osman Nurməhəmmədov: "Bura isə yalnız qızıl medal üçün gəlmişdim"

Fərdi
​Qusar Olimpiya İdman Kompleksində ilk dəfə qış ayında üzgüçülük yarışı keçirilir

​Qusar Olimpiya İdman Kompleksində ilk dəfə qış ayında üzgüçülük yarışı keçirilir

Fərdi
Rusiya təmsilçisi İslam Maxaçev yüngül çəkidə UFC çempionu olub

Rusiya təmsilçisi İslam Maxaçev yüngül çəkidə UFC çempionu olub

Fərdi
Dünya çempionatı: Azərbaycanın daha bir güləşçisi medal görüşünə vəsiqə qazanıb

Dünya çempionatı: Azərbaycanın daha bir güləşçisi medal görüşünə vəsiqə qazanıb

Fərdi
Azərbaycanın 2 parataekvondoçusu reytinq turnirində qızıl medal qazanıb

Azərbaycanın 2 parataekvondoçusu reytinq turnirində qızıl medal qazanıb

Fərdi
"Vüqar Həşimov Memorialı-2022" beynəlxalq turnirin daha iki iştirakçısı bəlli olub

"Vüqar Həşimov Memorialı-2022" beynəlxalq turnirin daha iki iştirakçısı bəlli olub

Fərdi
Dünya çempionatı: Bu gün Azərbaycanın üç qadın güləşçisi mübarizəyə başlayır

Dünya çempionatı: Bu gün Azərbaycanın üç qadın güləşçisi mübarizəyə başlayır

Fərdi
Azərbaycan para-pauerliftinqçisi Tbilisidə bürünc medal qazanıb

Azərbaycan para-pauerliftinqçisi Tbilisidə bürünc medal qazanıb

Fərdi
Azərbaycanın dünya və Avropa çempionu narkotikə görə həbs olunub

Azərbaycanın dünya və Avropa çempionu narkotikə görə həbs olunub