Samir Abasov: "Komandada dəyişiklik gözə çarpacaq dərəcədədir"

Samir Abasov: "Komandada dəyişiklik gözə çarpacaq dərəcədədir"

"Komandada dəyişiklik gözə çarpacaq dərəcədədir. Futbolçuların məşqlərə yanaşması, hazırlıq mərhələsində etdikləri bizi qane etdi".

"Report"un məlumatına görə, bunu "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışının yekunları barədə klubun rəsmi saytına açıqlamasında deyib.

45 yaşlı mütəxəssis bildirib ki, hazırlığın bəhrəsini fasilədən sonra görəcəklər: "Ümumi olaraq, toplanışdan razı qaldığımı düşünürəm. Heyətə bir neçə yeni futbolçu dəvət etmişik, lakin transferlərimiz hələ bitməyib. Daha iki mövqeyə axtarışlarımız davam edir. Hazırlığımız və təlim-məşq toplanışı ərzində müsbətə doğru etdiklərimizin Premyer Liqa oyunlarına necə təsir edəcəyini zaman göstərəcək. Yeni gələnlər və bəzi futbolçularımız tam hazır olduqdan sonra bizim üçün daha yaxşı olacaq".

Təcrübəli baş məşqçi Rusiyanın "Krılya Sovetov" komandasına 0:1 hesabı ilə uduzduqları sonuncu yoxlama matçına da toxunub: "Düşünürəm ki, oyun pis alınmadı, futbolçularım özlərini yaxşı tərəfdən göstərə bildilər. Rəqibimiz Rusiya Premyer Liqası təmsilçisi idi. Güclü komandaya pis təsir bağışlamadıq. Rəqib istər-istəməz oyunçularımızı meydanda qaçırtdı ki, bu da bizim üçün olduqca əlverişli idi. Oyundan sonrakı analizdə isə taktiki gedişlər və səhvlərimizi incələyərək futbolçularla müzakirə edəcəyik. İlk yarıda daha dinamik təsir bağışlayan komandamın oyunu məni qane etdi. İkinci hissədə bəlkə rəqibin daha çox qaçmağı, bizim yorğun olmağımız və akademiyanın oyunçularını meydana buraxmağımız öz oyunumuzdan çıxmağımıza gətirib çıxardı. Fikrimcə, ilk yoxlama oyunundan daha yaxşı təsir bağışladıq".

Qeyd edək ki, “Sumqayıt” Türkiyədə keçirdiyi ilk yoxlama görüşündə Serbiya klubu “Radnik”i 2:1 hesabı ilə məğlub edib.

Futbol
"Olimpiakos" əzmkar qələbə ilə 2-ci pilləyə yüksəlib

"Olimpiakos" əzmkar qələbə ilə 2-ci pilləyə yüksəlib

Futbol
DÇ-2022: Cənubi Koreya və Portuqaliyanın ilk “11-lik”ləri açıqlanıb

DÇ-2022: Cənubi Koreya və Portuqaliyanın ilk “11-lik”ləri açıqlanıb

Futbol
Mesut Özil Azərbaycana dəstək olub

Mesut Özil Azərbaycana dəstək olub

Futbol
"Sabah"ın futbolçusu: "Neftçi" ilə oyunda istənilən nəticə qeydə alına bilər"

"Sabah"ın futbolçusu: "Neftçi" ilə oyunda istənilən nəticə qeydə alına bilər"

Futbol
"İnter"in futbolçusu: "Mənim üçün Milandan sonra vacib şəhər Bakıdır"

"İnter"in futbolçusu: "Mənim üçün Milandan sonra vacib şəhər Bakıdır"

Futbol
Ermənistan yığmasının baş məşqçisinin mətbuat konfransı boykot olunub

Ermənistan yığmasının baş məşqçisinin mətbuat konfransı boykot olunub

Futbol
Kərim Benzema "Seltik"lə oyunda zədələnib

Kərim Benzema "Seltik"lə oyunda zədələnib

Futbol
Fransalı futbolçu 109 kq kokain daşıdığı üçün həbs edilib

Fransalı futbolçu 109 kq kokain daşıdığı üçün həbs edilib

Futbol
Lev Yaşın mükafatının sahibi müəyyənləşdi

Lev Yaşın mükafatının sahibi müəyyənləşdi

Futbol
"Kəpəz" - "Şamaxı" oyununda VAR sistemindən istifadə olunmur

"Kəpəz" - "Şamaxı" oyununda VAR sistemindən istifadə olunmur

Futbol
"Qəbələ"nin baş məşqçisi: "Uduzduğumuz oyundan sonra dönüş yaratmaq istəyirdik"

"Qəbələ"nin baş məşqçisi: "Uduzduğumuz oyundan sonra dönüş yaratmaq istəyirdik"

Futbol
İngiltərə Premyer Liqasında tur təxirə salınıb

İngiltərə Premyer Liqasında tur təxirə salınıb