Bakıda IV Ənənəvi Minifutbol Turniri davam edir

Bakıda IV Ənənəvi Minifutbol Turniri davam edir

Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi, eləcə də Müstəqilliyin Bərpası Günü (18 oktyabr) və Zəfər Günü (8 Noyabr) münasibətilə sentyabrın 27-dən noyabrın 8-dək keçirilən şəhid jurnalistlərin xatirəsinə həvəskar komandalardan ibarət 4-cü Ənənəvi Minifutbol Turniri davam edir.

QELEBE.AZ xəbər verir ki, oktyabrın 4-də və 5-də A-D-C-B qrupları üzrə qarşılaşmalar olacaq.

Şənbə günü saat 22:00-da A qrupunda “APA”  “Baku WS”,  saat 23:00-da isə D qrupunda “Baku TV” “AZƏRTAC” ilə gücünü yoxlayacaq.

Bazar günü isə C və B qrupları üzrə saat 22:00-da  “Yurd.Media” “Zəfər 44”ü, saat 23:00-da “Vətən” isə “Veteranlar”ı qəbul edəcək.

4 oktyabr

A qrupu 22:00 – “APA” – “Baku WS”

B qrupu 23:00 – “Baku TV” – AZƏRTAC”

5 oktyabr

C qrupu 22:00 – “Yurd.Media” – “Zəfər 44”

D qrupu 23:00 – “Vətən” – “Veteranlar”

Qeyd edək ki, Saat 22:00-da və saat 23:00-da Bakı Tennis Akademiyasında baş tutacaq oyunları AFFA-nın hakimləri idarə edəcək.