“Qarabağ”ın oyunu üçün vauçerlər satışa çıxarılıb

“Qarabağ”ın oyunu üçün vauçerlər satışa çıxarılıb

UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Atletik Bilbao” (İspaniya) - “Qarabağ” matçını “Estadio de San Mamés"də izləmək və komandanı dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər iTicket.az-da onlayn şəkildə satışdadır.

Apasport.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.

Biletlərin qiyməti 110 AZN-dir.

Azarkeşlər üçün "Estadio de San Mamés"də yerləşən 321-ci sektorda ilkin olaraq 575 yer ayırılıb.

Qeyd edək ki, "Atletik Bilbao" - "Qarabağ" oyunu oktyabrın 22-si Bakı vaxtı ilə 20:45-də, yerli vaxtla isə 18:45-də start götürəcək.