Mərakeş dünya çempionu olub
20 yaşadək futbolçular arasında keçirilən dünya çempionatının qalibi məlum olub.
Apasport.az xəbər verir ki, həlledici görüşdə Mərakeş və Argentina yığmaları üz-üzə gəlib. Matç Mərakeşin qələbəsiylə başa çatıb – 2:0. Komandada Yassir Zabiri dubl edib.
Afrika təmsilçisi tarixində ilk dəfə mundialın qalibi olub.
2027-ci ildə keçiriləcək növbəti U20 dünya çempionatına Azərbaycan və Özbəkistan ev sahibliyi edəcək.

https://mail.qalaba.az//uploads/photo/merakesh-dunya-chempionu-olub.webp