Azərbaycan Tennis Federasiyası rusiyalı idmançının təxribatına münasibət bildirib

Azərbaycan Tennis Federasiyası rusiyalı idmançının təxribatına münasibət bildirib

Azərbaycan Tennis Federasiyası (ATF) Beynəlxalq Tennis Federasiyasına məktub göndərib.

Qurumdan "Report"a verilən məlumata görə, məktubda bildirilib:

"Böyük Dəbilqə" seriyalı "Australian Open" tennis turnirində xoşagəlməz hadisə baş verib. 20 yanvar tarixində kişilərin yarışında 1/16 final oyununa çıxan erməni əsilli Rusiya təmsilçisi Karen Xaçanov etdiyi mənfur hərəkətlə diqqət çəkib. Belə ki, Xaçanov Amerika Birləşmiş Ştatlarından olan rəqibi Frensis Tiafonu 3:1 hesabı ilə məğlub etdikdən sonra qələbə sevinci adı ilə kameraya ürək sözlərini yazıb. O, obyektivin üzərinə "Artsakh stay strong", yəni "Artsax, möhkəm ol" sözlərini qeyd edib. Əslində, tennisçilər üçün kameranın obyektivi üzərinə qələbə sevinci ilə bağlı öz ürək sözlərini yazmaq adət halını alsa da, Xaçanov bundan öz məkrli planını həyata keçirmək üçün istifadə edib.

Məktubda ölkəmizə qarşı yönəlmiş təxribatla bağlı faktlar və hüquqi sənədlər təqdim olunub. Azərbaycan Tennis Federasiyası olaraq bu hadisəni pisləyir və bir daha belə halın yaşanmaması üçün həmin tennisçinin cəzalanması, həmçinin gələcəkdə də bu cür hadisələrin olmaması üçün sözügedən qurumdan daha sərt tədbirlərin görülməsi tələb olunub. Ümid edirik ki, tez bir zamanda məsələ obyektiv həllini tapacaq".

Fərdi
Beynəlxalq "Təhsil" turnirində sərbəst güləşçilərin yarışına yekun vurulub

Beynəlxalq "Təhsil" turnirində sərbəst güləşçilərin yarışına yekun vurulub

Fərdi
Fərid Qayıbov Səudiyyə Ərəbistanının idman naziri ilə görüşüb

Fərid Qayıbov Səudiyyə Ərəbistanının idman naziri ilə görüşüb

Fərdi
Dünya çempionatı: Azərbaycanın şahmat millisi mübarizəni dayandırıb

Dünya çempionatı: Azərbaycanın şahmat millisi mübarizəni dayandırıb

Fərdi
Dünya çempionatı: Hacı Əliyev yarımfinalda məğlub olub

Dünya çempionatı: Hacı Əliyev yarımfinalda məğlub olub

Fərdi
Samboçularımız Avropa çempionatını 4 medalla başa vurublar

Samboçularımız Avropa çempionatını 4 medalla başa vurublar

Fərdi
FIDE reytinqi: Məmmədyarov və Rəcəbov geriləyib, qadın şahmatçılar irəliləyib

FIDE reytinqi: Məmmədyarov və Rəcəbov geriləyib, qadın şahmatçılar irəliləyib

Fərdi
AKAF Xəzər dənizində rəsmi olaraq fəaliyyətə başlayıb

AKAF Xəzər dənizində rəsmi olaraq fəaliyyətə başlayıb

Fərdi
Rusiya Dövlət Dumasının sabiq deputatı dopinqə görə cəzalandırılıb

Rusiya Dövlət Dumasının sabiq deputatı dopinqə görə cəzalandırılıb

Fərdi
"Formula 1": Sprint yarışlarının sayı artırılıb

"Formula 1": Sprint yarışlarının sayı artırılıb

Fərdi
Azərbaycan Premyer Liqasının V turuna təyinatlar açıqlanıb

Azərbaycan Premyer Liqasının V turuna təyinatlar açıqlanıb

Fərdi
Eldəniz Əzizli: "Uzun illərdir güləşdəyəm, artıq yorulmuşam"

Eldəniz Əzizli: "Uzun illərdir güləşdəyəm, artıq yorulmuşam"

Fərdi
Bakıda keçiriləcək Dünya Kuboku üçün hazırlıq işlərinə start verilib

Bakıda keçiriləcək Dünya Kuboku üçün hazırlıq işlərinə start verilib