Millimizdən növbəti qələbə
Bu gün Azərbaycanın qadınlardan ibarət futbol millisi Qazaxıstanda təlim-məşq toplanışı çərçivəsində ikinci yoldaşlıq oyununu keçirib.
Apasport.az xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv yenidən ev sahibi komanda ilə qarşılaşıb.
Oyun Şımkentdə baş tutub. Millimiz rəqibinə 1:0 qalib gəlib. Yeganə qolu isə Nigar Mirzəliyeva vurub.
Bu komandalar arasında ilk oyun Azərbaycanın 2:1 hesablı qələbəsi ilə başa çatmışdı.

https://mail.qalaba.az//uploads/photo/millimizden-novbeti-qelebe.webp