“Latsio” “Piza” ilə bacarmadı
İtaliya A Seriyasında IX tura yekun vurulub.
QELEBE.AZ xəbər verir ki, turun son oyununda “Latsio” səfərdə “Piza” ilə qarşılaşıb.
Gərgin mübarizə şəraitində keçən qarşılaşmada qapılara qol vurulmayıb. Oyun 0:0 hesablı heç-heçə ilə başa çatıb.
Qeyd edək ki, hazırda turnir cədvəlində “Latsio” 12 xalla 11-ci, “Piza” isə 5 xalla 17-ci pillədə qərarlaşıb.

https://mail.qalaba.az//uploads/photo/latsio-piza-ile-bacarmadi.webp