Muaytayçımız İslam Oyunlarında gümüş medal qazanıb
Azərbaycanlı muaytayçı Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.
QELEBE.AZ xəbər verir ki, Xəyal Əliyev (60-65 kq) finalda rəqibinə uduzaraq fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Qeyd edək ki, daha əvvəl təmsilçilərimizdən Əli Əliyev (55-60 kq) və Səlahəddin Qocazadə (65-70 kq) bürünc medal qazanmışdılar.

https://mail.qalaba.az//uploads/photo/muaytaychimiz-islam-oyunlarinda-gumush-medal-qazanib.webp