Hakandan dubl, "İnter" finalda: Möcüzəvi geridönüş
İtaliya kubokunda yarımfinal mərhələsinin cavab oyunları keçirilir.
QELEBE.AZ xəbər verir ki, "İnter" 0:0-ın revanşında "Cüzeppe Meazza"da "Komo"nu qəbul edib.
48 dəqiqədə hesabda 0:2 geriyə düşən "İnter" 20 dəqiqədə 3 qol vuraraq fantastik qələbə qazanıb.
Türkiyəli ulduzu Hakan Çalhanoğlunun dublu ilə əvvəlcə hesabı bərabərləşdirən "göy-qaralar" 89-cu dəqiqədə Suçiçin vurduğu qolla adını finala yazdırıb: 3:2.
Finalda "İnter"in rəqibi "Latsio" - "Atalanta" cütünün qalibi olacaq.

https://mail.qalaba.az//uploads/photo/hakandan-dubl-quotinterquot-finalda-mocuzevi-geridonush.webp