İngiltərə millisinin üzvü "İnter"in radarında
"Cenoa"nın müdafiəçisi Bruk Norton-Kaffi İtaliya A Seriyasında klubunu dəyişə bilər.
QELEBE.AZ xəbər verir ki, "İnter" ingiltərəli futbolçunu transfer etmək istəyir. Bu barədə "La Repubblica" nəşri məlumat yayıb.
Norton-Kaffi Milan klubunun qış transfer pəncərəsi üçün müdafiə mövqeyinə əsas hədəflərindən biridir. "İnter" 21 yaşlı sağ cinah müdafiəçisini yanvar ayında heyətinə qatmağa çalışacaq.
Qeyd edək ki, "Cenoa" Kaffini 2024-cü ilin yayında "Arsenal"dan 2 milyon avroya transfer edib. İngiltərə U-21 millisinin üzvü bu mövsüm A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 12 rəsmi matçda 1 qol ötürməsi ilə yadda qalıb.

https://mail.qalaba.az//uploads/photo/ingiltere-millisinin-uzvu-quotinterquotin-radarinda.webp