"Qalatasaray"dan çətin qələbə
Türkiyə Super Liqasında XII tura start verilib.
QELEBE.AZ xəbər verir ki, lider "Qalatasaray" evdə "Gençlerbirliyi"ni qəbul edib.
Gərgin keçən matçda meydan sahibləri 3:2 qələbə qazanıb.
Qonaqlar matçın 60-cı dəqiqəsində 10 nəfər qalıblar. "Gençlerbirliyi"nin futbolçusu Talisson Kelven qırmızı vərəqə ilə meydanı tərk edib. 90+4-cü dəqiqədə isə "cimbom"un oyunçusu Roland Sallai meydandan qovulub.

https://mail.qalaba.az//uploads/photo/quotqalatasarayquotdan-chetin-qelebe.webp