Fərrux Hüseynzadə ÇL matçına təyinat alıb
AFFA-nın futzal üzrə baş inzibatçısı Fərrux Hüseynzadə ilk beynəlxalq təyinatını alıb.
QELEBE.AZ xəbər verir ki, həmyerlimiz UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində bu gün Afinada keçiriləcək AEK (Yunanıstan) – Sportinq (Portuqaliya) matçının UEFA nümayəndəsi olacaq.
Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qeyd edək ki, cütün qalibi 1/4 finalda "Araz-Naxçıvan" – "Benfika" görüşünün qalibi ilə üz-üzə gələcək.

https://mail.qalaba.az//uploads/photo/ferrux-huseynzade-chl-matchina-teyinat-alib.webp