"Naxçıvan" amerikalı oyunçu ilə yolları ayırıb

"Naxçıvan" amerikalı oyunçu ilə yolları ayırıb

"Naxçıvan" klubu amerikalı basketbolçu Kris Klarkla yolları ayırıb.

Apasport.az xəbər verir ki, tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən müqaviləyə xitam verilib.

Naxçıvan klubu ötən ayın 1-də basketbolçu ilə müqavilə imzalandığını açıqlamışdı.