Yığmamız Şimali Makedoniyaya uduzub

Yığmamız Şimali Makedoniyaya uduzub

Kişi basketbolçulardan ibarət Azərbaycan millisi 2029-cu ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində ilk oyununa çıxıb.

QELEBE.AZ xəbər verir ki, Tahir Baxşıyevin baş məşqçisi olduğu kollektiv A qrupunda Şimali Makedoniya ilə üz-üzə gəlib.

Skopyedə keçirilən qarşılaşmada millimiz rəqibinə 49:87 hesabı ilə məğlub olub.

Qeyd edək ki, yığma noyabrın 30-da Bakıda Lüksemburqu qəbul edəcək.