Derbi öncəsi "Qalatasaray"da sevindirici xəbər
“Qalatasaray” Türkiyə Super Liqasının XIV turu çərçivəsində səfərdə “Fənərbaxça”nın qonağı olacaq.
Apasport.az xəbər verir ki, İstanbul derbisi öncəsi “sarı-qırmızılar”a zədəli futbolçularından sevindirici xəbər gəlib.
Viktor Osimhen, Mario Lemina və Yunus Akgün zədələrini sağaldıblar. Hər üç futbolçu bu gün komanda ilə birlikdə məşqə çıxıb.
Qeyd edək ki, “Fənərbaxça” – “Qalatasaray” qarşılaşması dekabrın 1-də keçiriləcək və Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

https://mail.qalaba.az//uploads/photo/derbi-oncesi-quotqalatasarayquotda-sevindirici-xeber.webp