“Qarabağ”ın U-19 komandası üçün son sınaq
“Qarabağ“ın U-19 komandası bu gün UEFA Gənclər Liqasının əsas mərhələsində sonuncu oyununa çıxacaq.
Apasport.az xəbər verir ki, Rəşad Sadiqovun rəhbərlik etdiyi kollektiv Bakıda “Ayaks”la üz-üzə gələcək. Görüşə saat 15:00-da start veriləcək.
“Qarabağ“ın U-19 komandası 5 turdan sonra xalsızdır və 36 komanda arasında 35-cidir. “Ayaks”ın U-19 kollektivi isə 7 xalla 22-ci pillədə qərarlaşıb.

https://mail.qalaba.az//uploads/photo/qarabagin-u-19-komandasi-uchun-son-sinaq.webp