“İnter”də ciddi itki - ili başa vurdu
“İnter” ciddi itki ilə üzləşib.
QELEBE.AZ xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komandanın müdafiəçisi Françesko Açerbi sıradan çıxıb.
“Liverpul”la Çempionlar Liqası matçında (0:1) zədə alan Açerbi azı bir ay yaşıl meydanlardan uzaq qalacaq.
Açerbi 2025/2026 mövsümündə bütün yarışlarda 12 oyunda bir məhsuldar ötürmə edib.

https://mail.qalaba.az//uploads/photo/interde-ciddi-itki-ili-basha-vurdu.webp