Azərbaycan çempionu: "Vüqarla mübarizəmiz gərgin alındı"

Azərbaycan çempionu: "Vüqarla mübarizəmiz gərgin alındı"

Kişi şahmatçılar arasında Azərbaycan çempionatının qalibi Vasif Durarbəyli Azərbaycan Şahmat Federasiyasının rəsmi saytına müsahibə verib.

"QELEBE.AZ" həmin müsahibəni təqdim edir:

- Çempionluq münasibəti ilə təbrik edirik. Vasifin uğurlu çıxışının sirri nədir?

- Ötən ilin sonunda Bakıda iki turnirdə uğursuz çıxış etdim. Azərbaycan yığmasına seçmə turnirdə yaxşı oynamadım, ardınca rapid və blits turniri mənim üçün uğurlu olmadı. Uğursuz turnirlərdən sonra bir qədər əsəbləşmişdim. Uğursuzluq varsa deməli dəyişiklik lazımdır. Bundan sonra iki aya yaxın qrossmeyster, dostum Burak Fıratla hazırlıq keçdim. Nəticədən razıyam. Ölkə çempionatının seçmə mərhələsində böyük fərqlə birinci oldum. Tay-brek qısa oyunlardı. Burada hər şey ola bilər. Sevinirəm ki, yekunda Azərbaycan çempionatının qalibi oldum.

- Finalda ilk partiyada Vüqar Əsədli qələbə qazandı. Sonradan cavab görüşünə hazırlaşmaq çətin olmadı?

- İlk klassik partiyada ardıcıl 3 səhv etdim. Az qalmışdı çempionatı ikinci yerdə başa vurum. Amma geridönüş edə bildim. Oyunumdan razı qaldım.

- Çempionatın ilk mərhələsində hansı partiya daha çətin alındı?

- Həmkarlarıma qarşı hörmətsizlik olmasın. Yeganə çətinlik kimi Aydın Süleymanlı ilə partiyanı qeyd edə bilərəm. Üstünlük var idi, amma təzyiq yaratmadı.

- Ölkə çempionatında ilk çempionluğunuz 2021-ci ildə olub. İndi ikinci dəfə qızıl medal qazandınız. Hansı çempionluq daha çətin başa gəlib?

- Çempionatın bu formatı xoşuma gəlir. Uğurlu format hesab edirəm. Amma bir çatışmazlıq olduğunu düşünürəm. İlk mərhələdə seçmədən sonra turnir cədvəlində birinci olmaq şahmatçıya üstünlük vermir. Məşhur şahmatçımız Şəhriyar Məmmədyarovla müzakirəmiz olub. Maraqlı təklif verdi. Məsələn turnir cədvəlində xal fərqi ilə birinci yerə çıxan şahmatçı birbaşa finala vəsiqə qazansın. İkinci-üçüncü yerin sahibi isə öz aralarında oynamaqla ikinci finalçını müəyyənləşdirsin. Bu halda birinci yerin sahibi üstünlük qazanır.

- Finaldakı rəqib - Vüqar Əsədlinin oyununu necə qiymətləndirirsən?

- Vüqar Əsədlinin oyunlarını yaxından izləyirəm. Məncə son turnirlərdə yüksək oyun göstərir. İrəliləyiş hiss olunur. Son aylarda çox yaxşı oynayır. Klassik şahmatda mübarizəmiz gərgin oldu. Hər iki partiyada yaxşı mübarizə nümayiş etdirdi. Amma rapid hissədə məncə zəif oynadı.

- Gənclərin çıxışı barədə nə deyə bilərsən?

- Gənc şahmatçılardan bir az narazıyam. İllərdi oynayırıq, artım sürətləri məni qane etmir. Federasiya məşqçilər dəvət edib, dəstək olur. Son üç ildə ölkə çempionatında oynayıram və fərqi hiss etmədim.

- 2022 və 2023-cü illərdəki çempionatı necə fərqləndirərdin?

- Təvazökarlıqdan uzaq olsa da məncə bu il çox yüksək fərq nümayiş etdirdim. Bir qədər yaxın mübarizə aparan Vüqar Əsədli idi, ona finalda qalib gəldim.

- Bu il əsas hədəfin nə olacaq?

- Planlarım tam dəqiqləşməyib. Amma əsas hədəfim Dünya Kuboku ilə bağlı olacaq. Bu yarış həmişə vacibdir. Amma Bakıda keçirilməsi turnirin əhəmiyyətini artırır. Dünya Kubokuna ciddi hazırlaşmağı düşünürəm.

Fərdi
“Report” Azərbaycan Milli Paralimpiya Komitəsinin mükafatına layiq görülüb

“Report” Azərbaycan Milli Paralimpiya Komitəsinin mükafatına layiq görülüb

Fərdi
Avropa çempionatında tarixi uğur: Azərbaycanın iki qadın şahmatçısı medal qazanıb

Avropa çempionatında tarixi uğur: Azərbaycanın iki qadın şahmatçısı medal qazanıb

Fərdi
Azərbaycan Kuboku: Daha bir çəki üzrə mükafatçılar bəlli olub

Azərbaycan Kuboku: Daha bir çəki üzrə mükafatçılar bəlli olub

Fərdi
Azərbaycanın 8 paracüdoçusu Bakıdakı dünya çempionatına buraxılmayıb

Azərbaycanın 8 paracüdoçusu Bakıdakı dünya çempionatına buraxılmayıb

Fərdi
Gənc boksçular arasında Azərbaycan çempionatı başlayır

Gənc boksçular arasında Azərbaycan çempionatı başlayır

Fərdi
Dünya çempionatı: Süleymanov uduzub, daha iki taekvondoçu mübarizəyə başlayır

Dünya çempionatı: Süleymanov uduzub, daha iki taekvondoçu mübarizəyə başlayır

Fərdi
Avropa Cüdo Birliyi Rusiya və Belarus idmançılarına qadağa qoymayıb

Avropa Cüdo Birliyi Rusiya və Belarus idmançılarına qadağa qoymayıb

Fərdi
ABŞ komandası Mixael Şumaxerin oğlu ilə yollarını ayıracaq

ABŞ komandası Mixael Şumaxerin oğlu ilə yollarını ayıracaq

Fərdi
Orxan Səfərov: "Dünya çempionatında yaxşı nəticənin olacağını gözləyirik"

Orxan Səfərov: "Dünya çempionatında yaxşı nəticənin olacağını gözləyirik"

Fərdi
Azərbaycan karateçiləri dünya çempionatına yollanıb

Azərbaycan karateçiləri dünya çempionatına yollanıb

Fərdi
"Tata Steel İndia": Şəhriyar Məmmədyarov ikinci gündə qələbəsiz qalıb

"Tata Steel İndia": Şəhriyar Məmmədyarov ikinci gündə qələbəsiz qalıb

Fərdi
Stolüstü tennis üzrə ölkə kubokunda qaliblər müəyyənləşib

Stolüstü tennis üzrə ölkə kubokunda qaliblər müəyyənləşib