“Qarabağ”ın rəqibi III Liqa klubunun hücumçusunu transfer edib
“Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqibi olan “Ayntraxt” heyətini yeni oyunçu ilə gücləndirib.
QELEBE.AZ xəbər verir ki, komanda III Liqada “Hoffenhaym-2” klubunda çıxış edən Ayub Əmaymuni-Eçquyabı transfer edib.
Bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Razılaşmaya əsasən, 21 yaşlı forvardla 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, “Qarabağ” – “Ayntraxt” matçı 21 yanvar saat 21:45-də başlayacaq.

https://mail.qalaba.az//uploads/photo/qarabagin-reqibi-iii-liqa-klubunun-hucumchusunu-transfer-edib.webp