"Qəbələ"nin baş məşqçisi: "Referi layiqli qələbə qazandı"

"Qəbələ"nin baş məşqçisi: "Referi layiqli qələbə qazandı"

"Özümə söz vermişdim ki, hakimlərlə bağlı fikir bildirməyəcəyəm. Amma vaxtı çatıb. Vüqar Həsənli layiqli qələbə qazandı. Əlindən gələnin ən yaxşısını etməyə çalışdı və etdi".

"QELEBE.AZ"un məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev "Sabah"a 0:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XX tur oyunundan sonra mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis qarşılaşma haqqında çox danışmaq istəmədiyini bildirib: "Ötən tur Gəncədə "Kəpəz"lə matçda da qapımıza haqsız yerə penalti təyin edildi. Məncə, hakimlər bizə qarşı bir az fərqlidirlər".

Baxşıyev Ruan Renatonun 28-ci dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulmasından da bəhs edib: "Bugünkü epizoda diqqətli baxmağınızı xahiş edirəm. Hakimin verdiyi qərar oyunçularda qıcıq yaradır. Ona görə daha da diqqətli olmaqlarını istəyərdik. Futbol emosiya oyunudur. Hakimlərin etdiklərini oyunçular hiss edir. Ruan Renatonu sakitləşdirmək çətin idi. Futbolçulara tövsiyə edirəm ki, çox önəm verməsinlər. Çünki, bu birinci dəfə başımıza gəlmir. Komanda olaraq toparlanıb irəli baxmalıyıq".

Baş məşqçi müdafiəçinin klub daxilində cəzalanmayacağını da sözlərinə əlavə edib: "Haqsız yerə sarı vərəqə veriblərsə, onu necə cəzalandıra bilərik? Hakim bizə qarşı səhv edir, növbəti tur təyinat alırsa, biz niyə futbolçumuzu cəzalandırmalıyıq? Hakimlər komandaya təsir edirlər və mənfi mənada qıcıq verirlər".

Mütəxəssis yaxın günlərdə heyəti bir oyunçu ilə gücləndirəcəklərini diqqətə çatdırıb: "Müqavilə imzalanmadığı üçün ad çəkmək istəmirəm. Lakin ölkə xaricindən olduğunu deyə bilərəm".

Futbol
İlin ən çox qazanan futbolçuları açıqlanıb

İlin ən çox qazanan futbolçuları açıqlanıb

Futbol
Moldova klubu azərbaycanlı baş məşqçi ilə vidalaşıb

Moldova klubu azərbaycanlı baş məşqçi ilə vidalaşıb

Futbol
"Zirə" klubu Təmkin Xəlilzadənin müqaviləsini ləğv edib

"Zirə" klubu Təmkin Xəlilzadənin müqaviləsini ləğv edib

Futbol
AVRO-2024: Azərbaycan millisinin ilk və sonuncu oyununun vaxtı bəlli olub

AVRO-2024: Azərbaycan millisinin ilk və sonuncu oyununun vaxtı bəlli olub

Futbol
“Neftçi”nin sabiq futbolçusu: “Qarabağ”ın uğurlu çıxışı mənə xoş gəlmir”

“Neftçi”nin sabiq futbolçusu: “Qarabağ”ın uğurlu çıxışı mənə xoş gəlmir”

Futbol
Məhəmməd Salah Dalqlişin uğurunu təkrarlayıb

Məhəmməd Salah Dalqlişin uğurunu təkrarlayıb

Futbol
"Qarabağ" - "Frayburq" oyununu belaruslu hakimlər idarə edəcək

"Qarabağ" - "Frayburq" oyununu belaruslu hakimlər idarə edəcək

Futbol
İspaniyalı futbolçu: "Qarabağ"la oyunda qələbəyə layiq idik"

İspaniyalı futbolçu: "Qarabağ"la oyunda qələbəyə layiq idik"

Futbol
Rusiya yığmasının yoldaşlıq oyunu ləğv edilib

Rusiya yığmasının yoldaşlıq oyunu ləğv edilib

Futbol
Portuqaliyalı qapıçı Çempionlar Liqasının tarixinə düşüb

Portuqaliyalı qapıçı Çempionlar Liqasının tarixinə düşüb

Futbol
Levandovski Ronaldunun nailiyyətini geridə qoyub

Levandovski Ronaldunun nailiyyətini geridə qoyub

Futbol
DÇ-2022: Çili Futbol Federasiyası FIFA-nın qərarına görə CAS-a şikayət edib

DÇ-2022: Çili Futbol Federasiyası FIFA-nın qərarına görə CAS-a şikayət edib