"Qarabağ" Almaniyada "Frayburq"a məğlub olub

"Qarabağ" Almaniyada "Frayburq"a məğlub olub

"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununu keçirib. 

"QELEBE.AZ"un Almaniyaya ezam olunmuş əməkdaşının məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda "Frayburq"un qonağı olub. 

"Europa-Park" stadionundakı qarşılaşma meydan sahiblərinin 2:1. hesablı qələbəsi ilə bitib. Görüşə Bundesliqa təmsilçisi daha üstün başlayıb. 2-ci dəqiqədə Ritsu Doanın fərqlənməsinə qapıçı Şahruddin Məhəmmədəliyev imkan verməyib.

Daha sonra Toral Bayramov 5-ci dəqiqədə cərimə meydançasında Mattias Ginterə qarşı kobud oynayıb. Belçikalı baş hakim Erik Lambrexts VAR-a baxdıqdan sonra penalti təyin edib. Vinçentso Qrifo 7-ci dəqiqədə "Frayburq"u hesabda önə keçirib. 15-ci dəqiqədə Ritsu Doan hesab arasındakı fərqi iki topa çatdırmaqla "köhlən atlar"ı növbəti dəfə mərkəzə dəvət edib.

22-ci dəqiqədə Qara Qarayevin, 33-cü dəqiqədə Abdullah Zubirin zərbəsi dəqiq alınmayıb. "Qarabağ"ın heyətində Marko Veşoviç 39-cu dəqiqədə hesab arasındakı fərqi azaldıb. Almaniya klubu fasiləyə 2:1 hesablı üstünlüklə yollanıb. 

İkinci yarı qarşılıqlı hücumlar şəraitində başlayıb. 53-cü dəqiqədə Kadi Borgesin zərbəsi təhlükəli alınsa da, qapıçı Mark Flekken topun çərçivədən keçməsinə imkan verməyib. Bir saatın tamamına kimi hər iki komanda hücumlar etsə də, hesab dəyişməz qalıb. 70-ci dəqiqədə Kadi Borges növbəti dəfə Flekken səddini keçə bilməyib. 76-cı dəqiqədə Qara Qarayevin yerinə Riçard Almeyda, Ramil Şeydayevin yerinə isə Julio Roman meydana daxil olub. 80-ci dəqiqədə Abdullah Zubirin başla zərbəsindən sonra qapıçı topu tutub. Ardınca Zubir cərimə meydançasında yerdə qalsa da, baş hakim penalti təyin etməyib. 3 dəqiqə sonra Leandro Andrade Marko Yankoviçi əvəzləyib. Bütün cəhdlərə baxmayaraq Azərbaycan çempionu bərabərlik qolunu vura bilməyib. 

G qrupunun digər matçında Yunanıstan "Olimpiakos"u Fransada "Nant"a 1:2 hesabı ilə uduzub. "Qarabağ" sentyabrın 15-də II turda "Nant"ı qəbul edəcək, "Frayburq" isə "Olimpiakos"un qonağı olacaq. 

00:06

Almaniyada "Frayburq" və "Qarabağ" komandaları arasında UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyununda ikinci hissə başlayıb. 

"QELEBE.AZ"un Frayburqa ezam olunmuş əməkdaşının məlumatına görə, meydan sahibləri 2:1 hesabı ilə öndədir. 

23:49

Almaniyada "Frayburq" və "Qarabağ" komandaları arasında UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyununda ilk hissə başa çatıb. 

"QELEBE.AZ"un Frayburqa ezam olunmuş əməkdaşının məlumatına görə, meydan sahibləri fasiləyə 2:1 hesablı üstünlüklə yollanıblar. 

Bundesliqa təmsilçisinin heyətində 7-ci dəqiqədə Vinçentso Qrifo penaltini dəqiq yerinə yetirib. 15-ci dəqiqədə Ritsu Doan fərqi iki topa çatdırıb. 39-cu dəqiqədə isə "köhlən atlar"ın heyətində Marko Veşoviç fərqi azaltmağa müvəffəq olub. 

23:41

Almaniyada "Frayburq" və "Qarabağ" komandaları arasında UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyununda növbəti qol vurulub. 

"QELEBE.AZ"un Frayburqa ezam olunmuş əməkdaşının məlumatına görə, "köhlən atlar"ın heyətində Marko Veşoviç 39-cu dəqiqədə fərqi 1 topa endirib. 

Meydan sahibləri hazırda 2:1 hesabı ilə öndədir. 

23:15

Almaniyada "Frayburq" və "Qarabağ" komandaları arasında UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyununda növbəti qol vurulub.

"QELEBE.AZ"un Frayburqa ezam olunmuş əməkdaşının məlumatına görə, meydan sahiblərinin heyətində Ritsu Doan 15-ci dəqiqədə hesab arasındakı fərqi iki topa çatdırıb.

23:08

Almaniyada "Frayburq" və "Qarabağ" komandaları arasında UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyununda hesab açılıb.

"QELEBE.AZ"un Frayburqa ezam olunmuş əməkdaşının məlumatına görə, Toral Bayramov 5-ci dəqiqədə cərimə meydançasında Mattias Ginterə qarşı kobud oynayıb.

Baş hakim VAR-a baxdıqdan sonra penalti təyin edib. Vinçentso Qrifo 7-ci dəqiqədə meydan sahiblərini hesabda önə keçirib.

23:00

Almaniyada "Frayburq" və "Qarabağ" komandaları arasında UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyunu start götürüb.

"QELEBE.AZ"un Frayburqa ezam olunmuş əməkdaşının məlumatına görə, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayıb.

Görüşü belçikalı Erik Lambrextsin başçılıq erdiyi hakimlər briqadası idarə edir.

G qrupunun digər oyununda "Nant" Fransada Yunanıstan "Olimpiakos"u ilə üz-üzə gəlir.

Futbol
Banişevskinin həyat yoldaşı: "Toyumuzu Böyük Britaniya kraliçası təbrik etmişdi"

Banişevskinin həyat yoldaşı: "Toyumuzu Böyük Britaniya kraliçası təbrik etmişdi"

Futbol
"Hayduk" - "Qəbələ" oyununun hakimləri bəlli olub

"Hayduk" - "Qəbələ" oyununun hakimləri bəlli olub

Futbol
"Şamaxı"nın əsas hücumçusu zədələnib

"Şamaxı"nın əsas hücumçusu zədələnib

Futbol
“Böyük beşlik” liqaları dekabrın sonundan başlayacaq

“Böyük beşlik” liqaları dekabrın sonundan başlayacaq

Futbol
"Qarabağ"ın legioneri Premyer Liqada yubiley oyununu keçirib

"Qarabağ"ın legioneri Premyer Liqada yubiley oyununu keçirib

Futbol
Neymar topuğundan zədələnib

Neymar topuğundan zədələnib

Futbol
“Qarabağ” "Olimpiakos"la heç-heçə oynayıb

“Qarabağ” "Olimpiakos"la heç-heçə oynayıb

Futbol
"Neftçi"nin futbolçusu: "Qarabağ" layiqli qələbə qazandı"

"Neftçi"nin futbolçusu: "Qarabağ" layiqli qələbə qazandı"

Futbol
"Şamaxı" və "Qəbələ"nin baş məşqçiləri Pro kateqoriyası alıblar

"Şamaxı" və "Qəbələ"nin baş məşqçiləri Pro kateqoriyası alıblar

Futbol
Qurban Qurbanov Veşoviçin mümkün transferinə münasibət bildirib

Qurban Qurbanov Veşoviçin mümkün transferinə münasibət bildirib

Futbol
Sevgilisi Ronaldoya Milad bayramında “Rolls Roys” hədiyyə edib

Sevgilisi Ronaldoya Milad bayramında “Rolls Roys” hədiyyə edib

Futbol
Blaqoya Milevski: "Azərbaycan millisi ilə matçda qələbəyə ümid edirəm"

Blaqoya Milevski: "Azərbaycan millisi ilə matçda qələbəyə ümid edirəm"