Rəşad Sadıqov: "VAR-la bağlı suallar var, qarışıqlıq çoxdur"

Rəşad Sadıqov: "VAR-la bağlı suallar var, qarışıqlıq çoxdur"

“VAR-la bağlı çox suallar var, qarışıqlıq çoxdur".

“Report”un məlumatına görə, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Neftçi”yə 0:1 hesabı ilə məğlub olduqları Azərbaycan Premyer Liqasının XX tur oyunundan sonrakı mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis müdafiəçi Vild Donald Geryenin 75-ci dəqiqədə qırmızı vərəqə aldığı epizodla bağlı etirazını bildirib: "Həmin epizodda hakimə sualım var idi. Əgər epizod sarı vərəqədirsə, hakim çağırılmır. Ötən matçda hakim potensial qırmızı vərəqəyə görə çağırıldı, sarı vərəqə verdi. Bunu anladıq. Bugünkü matçda isə epizod sarı vərəqə idi. Hakim VAR-a niyə çağırıldı? Potensial qırmızılıq hərəkət olsaydı, razılaşardım. Mənim əsas etirazım ilk epizodumuz idi, rəqibin qapısına penalti verilmədi. Nədənsə VAR susdu".

O, cari mövsüm futbolçularının 6 dəfə qırmızı vərəqə almasını intizamsızlıq saymayıb: “İntizamsızlıq deməzdim, ehtiyatsızlıq anlamına gəlib çıxır. Qırmızı vərəqələrin çoxu ehtiyatsız davranışına görə idi. Yeganə intizamsız davranış Coşqun Diniyevin hərəkəti sayılırdı. Ancaq orada da hamı etiraf etdi ki, qırmızı vərəqəlik hərəkət deyildi. Lakin biz azlıqda qaldığımız matçlarda da sona qədər mübarizə aparmağı bacarırıq”.

Futbol
“Neftçi”yə qol vuran futbolçu: “Bakılılar çox yaxşı güc nümayiş etdirdilər”

“Neftçi”yə qol vuran futbolçu: “Bakılılar çox yaxşı güc nümayiş etdirdilər”

Futbol
Azərbaycan Premyer Liqasında mövsümünün ilk avtoqolu qeydə alınıb

Azərbaycan Premyer Liqasında mövsümünün ilk avtoqolu qeydə alınıb

Futbol
Azərbaycan Basketbol Liqası: NTD yenidən liderliyə yüksəlib

Azərbaycan Basketbol Liqası: NTD yenidən liderliyə yüksəlib

Futbol
Fransa klubunun hücumçusu Mbappenin nailiyyətini təkrarlayıb

Fransa klubunun hücumçusu Mbappenin nailiyyətini təkrarlayıb

Futbol
Rumıniya klubu "Neftçi"nin baş məşqçisindən imtina edib

Rumıniya klubu "Neftçi"nin baş məşqçisindən imtina edib

Futbol
Avropa Liqası: Həftənin oyunçusu adına namizədlər bəlli olub

Avropa Liqası: Həftənin oyunçusu adına namizədlər bəlli olub

Futbol
Bundesliqa: "Union" tarixində ilk dəfə liqa cədvəlinə başçılıq edir

Bundesliqa: "Union" tarixində ilk dəfə liqa cədvəlinə başçılıq edir

Futbol
“Lans” Fransa çempionatının turnir cədvəlində birinci yerə yüksəlib

“Lans” Fransa çempionatının turnir cədvəlində birinci yerə yüksəlib

Futbol
"İmarət" stadionunun tikilib istifadəyə veriləcəyi tarix bəlli olub

"İmarət" stadionunun tikilib istifadəyə veriləcəyi tarix bəlli olub

Futbol
Messi böyük titul əldə etmədən PSJ-dən ayrılmaq istəmir

Messi böyük titul əldə etmədən PSJ-dən ayrılmaq istəmir

Futbol
Ronaldu ABŞ klubundan imtina edib, təklif "Əl Nəsr"dəki müqaviləyə bərabər olub

Ronaldu ABŞ klubundan imtina edib, təklif "Əl Nəsr"dəki müqaviləyə bərabər olub

Futbol
Braziliyalı futbolçu: "Qarabağ"ı "Olimpiakos"dan daha yaxşı tanıyıram"

Braziliyalı futbolçu: "Qarabağ"ı "Olimpiakos"dan daha yaxşı tanıyıram"