“Milan”ın futbolçusu Premyer Liqaya qayıda bilər
"Milan"ın yarımmüdafiəçisi Ruben Loftus-Çik İngiltərə Premyer Liqasına qayıda bilər.
QELEBE.AZ xəbər verir ki, "Mançester Yunayted" ingiltərəli futbolçunun xidmətində maraqlıdır.
Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
İddialara görə, "qırmızı şeytanlar" Loftus-Çiki icarəyə götürmək istəyir. 29 yaşlı oyunçunun özü də ölkəsinə qayıtmağa isti yanaşır.
Qeyd edək ki, "Milan" Ruben Loftus-Çiki 2023-cü ilin yayında "Çelsi"dən 19 milyon avroya transfer edib.

https://mail.qalaba.az//uploads/photo/milanin-futbolchusu-premyer-liqaya-qayida-biler.webp