Tofiq Musayevin növbəti rəqibi müəyyənləşib - ABŞ-da döyüşəcək
Azərbaycanın və “Qəbələ” idman klubunun döyüşçüsü Tofiq Musayev UFC-nin Las-Veqas turnirində iştirak edəcək.
Apasport.az xəbər verir ki, təmsilçimiz ABŞ-da braziliyalı Samuel Sançeslə üz-üzə gələcək.
Döyüş aprelin 4-də baş tutacaq. Qarşılaşma “UFC Apex” arenasında təşkil olunacaq.
Qeyd edək ki, Musayev UFC-də iyunun 21-də Bakıda debüt edib.

https://mail.qalaba.az//uploads/photo/tofiq-musayevin-novbeti-reqibi-mueyyenleshib-absh-da-doyushecek.webp