Azərbaycanın 2 boksçusu Qızıl kəmər seriyasında yarımfinala yüksəlib

Azərbaycanın 2 boksçusu Qızıl kəmər seriyasında yarımfinala yüksəlib

Azərbaycanın 2 boksçusu Mərakeşdə Qızıl kəmər seriyası çərçivəsində keçirilən turnirdə yarımfinala yüksəlib.

Federasiyadan "Report"a verilən məlumata görə, 67 kq-da Nəbi İsgəndərov və 71 kq-da Sərxan Əliyev ən güclü 4 boksçu arasına düşməklə bürünc medalı təmin ediblər.

İsgəndərov Atomani Baroufun (Komor adaları) ardınca 1/4 finalda Selbi Dlamini Tabisoya (Esvatini) da qalib gəlib. Avropa çempionatının mükafatçısı yenə 5:0 (30:26, 30:27, 30:25, 30:26, 29:28) hesablı qələbə sayəsində mərhələ adlayıb. O, yarımfinalda Abdulhakim Akramla (Seyşel adaları) münasibətinə aydınlıq gətirəcək.

Əliyev Sarohatua Lumbantobinqin (İndoneziya) ardınca Alimami Kristian Toması (Sierra Leone) da məğlub edib - 5:0 (30:26, 30:27, 30:27, 30:27, 30:26). Dünya çempionatının bürünc medalçısı finala vəsiqə uğrunda Stiv Kulenquluka (Konqo Demokratik Respublikası) ilə qüvvəsini sınayacaq.

Digər boksçulardan Tayfur Əliyev (60 kq) Vsevolod Şumkovla (Rusiya), Məhəmməd Abdullayev (+92 kq) Dieqo Lensi (İtaliya) ilə qarşılaşıb. Rəqiblər mərhələ adladığından Azərbaycan təmsilçiləri 5-ci yeri tutublar. Bu mövqe onların hərəsinə 400 reytinq xalı qazandırıb.

Qeyd edək ki, yarışın 5-ci günündə 1/4 final mərhələsində yığmanın daha 3 üzvü rinqə çıxacaq. Məsud Yusifzadə (51 kq) Duqlas Trindadeni (Braziliya), Ümid Rüstəmov (57 kq) Jan Kaysedonu (Ekvador) və Malik Həsənov (63,5 kq) Qabil Məmmədovu (Rusiya) sınağa çəkəcək.

Fərdi
Dünya çempionatı: Azərbaycanın qadın güləşçisi finala çıxa bilməyib

Dünya çempionatı: Azərbaycanın qadın güləşçisi finala çıxa bilməyib

Fərdi
"Shusha Chess 2022" turnirinin tanıtım videosu hazırlanıb

"Shusha Chess 2022" turnirinin tanıtım videosu hazırlanıb

Fərdi
Bakıda Böyük Dəbilqə turnirinin təntənəli açılış mərasimi keçirilib

Bakıda Böyük Dəbilqə turnirinin təntənəli açılış mərasimi keçirilib

Fərdi
Sadio Mane dünya çempionatında oynamayacaq

Sadio Mane dünya çempionatında oynamayacaq

Fərdi
Azərbaycan cüdoçuları Avropa Oyunlarında iştirak etməyəcəklər

Azərbaycan cüdoçuları Avropa Oyunlarında iştirak etməyəcəklər

Fərdi
Baş katib: “Hazırda Azərbaycan cüdosunda çatışmayan 3 əsas məqam var”

Baş katib: “Hazırda Azərbaycan cüdosunda çatışmayan 3 əsas məqam var”

Fərdi
Böyük Dəbilqə: Azərbaycanın daha 12 cüdoçusu tatamiyə çıxacaq

Böyük Dəbilqə: Azərbaycanın daha 12 cüdoçusu tatamiyə çıxacaq

Fərdi
Taleh Məmmədov: "Erməni güləşçiyə məğlubiyyəti həzm edə bilmərəm"

Taleh Məmmədov: "Erməni güləşçiyə məğlubiyyəti həzm edə bilmərəm"

Fərdi
Azərbaycanın MMA döyüşçüsü Almaniyada növbəti qələbə qazanıb

Azərbaycanın MMA döyüşçüsü Almaniyada növbəti qələbə qazanıb

Fərdi
Stolüstü tennis üzrə Azərbaycan Kubokuna start verilib

Stolüstü tennis üzrə Azərbaycan Kubokuna start verilib

Fərdi
Braziliyalı MMA döyüşçüsü: "Nəriman Abbasov aqressiv idmançıdır"

Braziliyalı MMA döyüşçüsü: "Nəriman Abbasov aqressiv idmançıdır"

Fərdi
Azərbaycanda ilk dəfə triatlon üzrə ölkə kuboku keçirilib

Azərbaycanda ilk dəfə triatlon üzrə ölkə kuboku keçirilib