“Bavariya”nın futbolçusu PSJ yolunda
PSJ bu yay “Bavariya”nın vingeri Maykl Oliseni heyətinə qatmağa çalışacaq.
QELEBE.AZ xəbər verir ki, bu barədə "The Guardian" nəşri məlumat yayıb.
Mənbənin iddiasına görə, Liqa 1 təmsilçisi bu transferi Osman Dembeleninin ayrılacağı təqdirdə reallaşdıracaq.
Fransa nəhəngi 24 yaşlı futbolçu üçün 120 milyon avrosundan keçməyə də hazır olacaq.
Qeyd edək ki, Olisenin “Bavariya” ilə müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir.

https://mail.qalaba.az//uploads/photo/bavariyanin-futbolchusu-psj-yolunda.webp