“Sabah” “Astana”nı məğlub etdi
"Sabah" basketbol klubu Qazaxıstanın "Astana" komandası ilə ikinci yoldaşlıq matçında qələbə qazanıb.
QELEBE.AZ xəbər verir ki, Bakı İdman Sarayında baş tutan görüş meydan sahiblərinin 94:83 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, komandalar arasında aprelin 4-də keçirilən ilk matçda Qazaxıstan komandası 110:102 hesablı qələbə qazanmışdı.

https://mail.qalaba.az//uploads/photo/sabah-astanani-meglub-etdi.webp