"Neftçi" bu gün final yolunda vacib oyuna çıxacaq - YENİLƏNİR

"Neftçi" bu gün final yolunda vacib oyuna çıxacaq  - YENİLƏNİR

Bu gün Azərbaycan Basketbol Liqasının yarımfinalında daha bir oyun baş tutacaq.

QELEBE.AZ xəbər verir ki, “Neftçi” “Abşeron Lions” ilə üz-üzə gələcək.

Bakı İdman Sarayında başlayacaq oyun saat 19:00-da start götürəcək.

Qeyd edək ki, ötən gün keçirilən “Sabah” - “Gəncə” matçında “bayquşlar” 96:67 hesabı ilə qalib gəlib.

Yarımfinal görüşlərində iki qələbəyə çatan tərəf finala yüksələcək.