AÇ: İslam Bazarqanov finalda, Jalə Əliyevadan bürünc medal - YENİLƏNİB

AÇ: İslam Bazarqanov finalda, Jalə Əliyevadan bürünc medal - YENİLƏNİB

Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatı davam edir.

Apasport.az xəbər verir ki, bu gün sərbəst güləşçilər mübarizəyə qoşulub.

İslam Bazarqanov (57 kq) Aryan Tiutrinə (UWW) 9:4 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib. Təmsilçimiz gürcüstanlı Roberti Dinqaşviliyə tam üstünlüklə (11:1) məğlub edib və Avropa çempionatının finalına yüksəlib.

65 kq çəki dərəcəsində çıxış edən Rəşid Babazadə 1/8 finalda Almaniya təmsilçisi Niko Megerleyi 3:1 hesabı ilə məğlub edib. Bununla da idmançımız 1/4 final mərhələsinə yüksəlib. O, burada Bəşir Maqomedova 2:7 hesabı ilə məğlub olub.

97 kq çəki dərəcəsində yarışan Osman Nurmaqomedov isə təsnifat mərhələsində Gürcüstanın olimpiya və dünya mükafatçısı, üçqat Avropa çempionu Givi Matçaraşviliyə 2:3 hesabı ilə uduzub.

Cəbrayıl Hacıyev (79 kq) Axsarbek Qulayevə 7:2 hesabı ilə qalib gələrək yarımfinal mərhələsinə yüksəlib. O, yarımfinalda belaruslu olimpiya və Avropa mükafatçısı Maqamedxabib Kadimaqamedova 1:5 hesabıyla məğlub oldu və sabah bürünc medal uğrunda güləşəcək.

70 kq çəki dərəcəsində qüvvəsini sınayan Kənan Heybətov 1/4 finalda ukraynalı Oleksey Borutaya 2:7 hesablı ilə məğlub olub.

Eyni zamanda, gün ərzində Azərbaycanın üç qadın güləşçisi də bürünc medal uğrunda mübarizə aparıb. 

Jalə Əliyeva (57) belaruslu Arina Demçankaya "tuş"la qalib gələrək Avropa çempionatında bürünc medal qazanıb. 

 Ruzanna Məmmədova (62 kq) bürünc medal uğrunda mübarizədə almaniyalı rəqibi Naemi Laystnerə 2:5 hesabı ilə məğlub olub. 

Xatırladaq ki, daha əvvəl yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) isə bürünc medal qazanıblar. Azərbaycan yunan-Roma güləşi millisi komanda hesabında birinci olub. Qadın güləşçilərdən isə, Jalə Əliyeva (57 kq) və Günay Qurbanova (59 kq) bürünc mükafata sahib çıxıb.

Qeyd edək ki, Avropa çempionatı aprelin 26-da başa çatacaq.