Fərid Qayıbov federasiya nümayəndələri ilə görüşüb

Fərid Qayıbov federasiya nümayəndələri ilə görüşüb

Gənclər və idman naziri Fərid Qayıbov olimpiya idman növləri üzrə federasiyaların nümayəndələri ilə görüşüb.

“QELEBE.AZ”un məlumatına görə, toplantıda Türkiyədə baş vermiş dağıdıcı zəlzələnin qurbanları yad edilib və Heydər Əliyev adına İdman-Konsert Kompleksində təşkil olunan yardım kampaniyasında aktiv iştiraka görə nazir Bakı Şəhər Halqasına və idman federasiyalarına təşəkkür edib.

Tədbirdə Gənclər və İdman Nazirliyinin əmri ilə idman dərəcələrinə layiq görülmüş bir qrup idmançı müvafiq nişan və vəsiqələr təqdim olunub. Sonra “Təkan” layihəsi, “Bakı Şəhər Halqası”, nazirliyin nəzdində fəaliyyət göstərən təlim-məşq bazaları ilə bağlı təqdimatlar olub, federasiya nümayəndələrinin fikir və təklifləri dinlənilib. Həmçinin 2020-2024-cü illər üçün Beynəlxalq Olimpiya Komitəsinin strategiyası və 2023-cü il üçün ölkə və beynəlxalq yarışların təqvim planı, idman növləri üzrə yığma komandaların idmançı və məşqçi heyətinin siyahıları təqdim edilib.

Görüşdə Paris-2024 Yay Olimpiya Oyunlarına idman növləri üzrə hazırlıq məsələləri, ölkə yarışlarının keçirilmə qaydaları ilə bağlı Texniki Reqlament, III Avropa Oyunlarına idman növləri üzrə hazırlıq məsələləri, 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü, həmçinin “İdman həftəsi” barədə məlumat verilib. Eyni zamanda, 2023-cü il üçün tibbi təminat, 2023-2024-cü illər üçün Vahid İdman Təsnifatı, idmançı və məşqçilərin lisenziyalaşdırılması, Azərbaycan Gimnastika Federasiyasının məşqçilərinin peşəkar hazırlığı üzrə tədris proqramı, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbələri üçün federasiyalarda istehsalat təcrübəsi keçmək imkanlarının yaradılması və digər məsələlər müzakirə edilib. Həmçinin Olimpiya İdman Kompleksləri, uşaq-gənclər idman məktəbləri, federasiyalar, idman qurğularında fəaliyyət göstərən məşqçi-müəllimlər üçün seminarların təşkili, idman növləri üzrə milli komandaların məşqçilərinin təsdiqi haqqında fikirlər dinlənilib və müzakirələr aparılıb.

Fərdi
Azərbaycanın bədii gimnastı Almaniyada gümüş medal qazanıb

Azərbaycanın bədii gimnastı Almaniyada gümüş medal qazanıb

Fərdi
Avropa üçüncüsü olan cüdo üzrə Azərbaycan yğması mükafatlandırılıb

Avropa üçüncüsü olan cüdo üzrə Azərbaycan yğması mükafatlandırılıb

Fərdi
Azərbaycanın sərbəst güləşçiləri dünya çempionatını iki medalla başa vurub

Azərbaycanın sərbəst güləşçiləri dünya çempionatını iki medalla başa vurub

Fərdi
Elxan Məmmədov: “Milli komanda Avropa çempionatında əla çıxış etdi”

Elxan Məmmədov: “Milli komanda Avropa çempionatında əla çıxış etdi”

Fərdi
Azərbaycan yığmasının məşqçisi dünya gimnastları üçün vebinar keçirib

Azərbaycan yığmasının məşqçisi dünya gimnastları üçün vebinar keçirib

Fərdi
Ukraynanı təmsil edən azərbaycanlı karateçi: "Bakıda xeyli dəstək gördüm"

Ukraynanı təmsil edən azərbaycanlı karateçi: "Bakıda xeyli dəstək gördüm"

Fərdi
Azərbaycanın 2 sərbəst güləşçisi dünya çempionatı ilə vidalaşıb

Azərbaycanın 2 sərbəst güləşçisi dünya çempionatı ilə vidalaşıb

Fərdi
Üçqat olimpiya çempionu dopinqə görə yarışlardan kənarlaşdırılıb

Üçqat olimpiya çempionu dopinqə görə yarışlardan kənarlaşdırılıb

Fərdi
Azərbaycanın yunan-Roma güləşçisi dünya ikincisi olub

Azərbaycanın yunan-Roma güləşçisi dünya ikincisi olub

Fərdi
Azərbaycan cüdoçusu mükafatlandırılma mərasimində ağlayıb

Azərbaycan cüdoçusu mükafatlandırılma mərasimində ağlayıb

Fərdi
Dünya çempionatı: Azərbaycanın sonuncu cüdoçusu mübarizəyə başlayır

Dünya çempionatı: Azərbaycanın sonuncu cüdoçusu mübarizəyə başlayır

Fərdi
Azərbaycanın qadın güləşçisinin dünya çempionatında çiyni çıxıb

Azərbaycanın qadın güləşçisinin dünya çempionatında çiyni çıxıb