“Qarabağ”ın sabiq braziliyalısı: “Komandanın “Gent”i keçmək şansı yüksəkdir”

“Qarabağ”ın sabiq braziliyalısı: “Komandanın “Gent”i keçmək şansı yüksəkdir”

“Qarabağ”ın bu mərhələdə “Gent”i keçmək şansı yüksəkdir”.

Bunu “Report”a açıqlamasında “Qarabağ”ın sabiq futbolçusu Danilo Dias bu komandanın UEFA Konfrans Liqasının pley-off mərhələsində Belçika klubu “Gent” önündə şanslarını dəyərləndirərkən deyib.

38 yaşlı braziliyalı keçmiş hücumçu Azərbaycan təmsilçisinin bu cütlükdə daha üstün olduğunu düşünür: “Qarabağ” bu mərhələyə qədər gəlibsə, meydana da elə-belə çıxmayacaq. Əminəm ki, məqsədləri növbəti raunda yüksəlməkdir. Komandanın oyun üslubu, gücü bunu bacaracaq səviyyədə olduğundan xəbər verir. Məncə, şans rəqibdən heç də az deyil, bəlkə də, çoxdur”.

2014/2015 mövsümündə “Qarabağ”ın formasını geyinmiş Dias qış fasiləsində həmyerlisi Kadi Borgesin Rusiyanın “Krasnodar” klubuna transfer olunmasına da münasibət bildirib. Onun fikrincə, bu amil Ağdam klubuna mənfi təsir göstərməyəcək: “Kadi “Qarabağ” üçün önəmli sima idi. Amma onun yoxluğunun bu komandanın gücünü zəiflədəcəyinə inanmıram. Orada komanda oyunu və sistem əsas rol oynadığından, gedənlərin boşluğunu asanlıqla doldura bilirlər”.

Qeyd edək ki, bu gün Tofiq Bəhamov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Gent” görüşü saat 21:45-də başlayacaq.

Futbol
"Neftçi"nin zədəli hücumçusunun durumuna aydınlıq gəlib

"Neftçi"nin zədəli hücumçusunun durumuna aydınlıq gəlib

Futbol
“Qəbələ”nin hücumçusu: “Mən meydana girəndə uşaqlar ürəklənirlər ki, bir qolumuz var”

“Qəbələ”nin hücumçusu: “Mən meydana girəndə uşaqlar ürəklənirlər ki, bir qolumuz var”

Futbol
Rusiya Kubokunun oyunu səfərbərliyə görə baş tutmaya bilər

Rusiya Kubokunun oyunu səfərbərliyə görə baş tutmaya bilər

Futbol
Daha bir ulduz futbolçu dünya çempionatından kənarda qalıb

Daha bir ulduz futbolçu dünya çempionatından kənarda qalıb

Futbol
Rusiya millisi AVRO-2024-də iştirak etməyəcək

Rusiya millisi AVRO-2024-də iştirak etməyəcək

Futbol
Azərbaycan derbisində rekord qeydə alınıb

Azərbaycan derbisində rekord qeydə alınıb

Futbol
"Olimpiakos"un daha bir futbolçusu "Qarabağ"la oyunu buraxacaq

"Olimpiakos"un daha bir futbolçusu "Qarabağ"la oyunu buraxacaq

Futbol
Fransa millisində kapitanlığa 3 namizəd seçilib

Fransa millisində kapitanlığa 3 namizəd seçilib

Futbol
“Qarabağ” ikinci dəfə avrokubokların pley-offuna vəsiqəni təmin edib - VİDEO

“Qarabağ” ikinci dəfə avrokubokların pley-offuna vəsiqəni təmin edib - VİDEO

Futbol
İspaniyalı futbolçu: "Qarabağ"la oyunda qələbəyə layiq idik"

İspaniyalı futbolçu: "Qarabağ"la oyunda qələbəyə layiq idik"

Futbol
Azərbaycan Kuboku: Yarımfinalın növbəti iştirakçısı bəlli olub

Azərbaycan Kuboku: Yarımfinalın növbəti iştirakçısı bəlli olub

Futbol
“İmişli”yə texniki məğlubiyyət verilib

“İmişli”yə texniki məğlubiyyət verilib