1/4 finalda növbəti matç: Norveç - İngiltərə
DÇ-2026-nın 1/4 finalında daha bir qarşılaşma müəyyənləşib.
Apasport.az xəbər verir ki, İngiltərə millisi yarımfinala gedən yolda Norveç ilə qarşılaşacaq.
Norveç 1/8 finalda Braziliyanı 2:1 hesabı ilə məğlub edib. İngiltərə isə Meksikanı 3:2 hesabı ilə keçərək adını növbəti mərhələyə yazdırıb.
Qeyd edək ki, Norveç - İngiltərə qarşılaşması iyulun 11-də keçiriləcək.

https://mail.qalaba.az//uploads/photo/14-finalda-novbeti-match-norvech-ingiltere.webp