"Sabah"ın sabiq legioneri: "Bakı məni mehriban və hərarətlə qarşıladı"

"Sabah"ın sabiq legioneri: "Bakı məni mehriban və hərarətlə qarşıladı"

"Bakı məni mehriban və hərarətlə qarşıladı".

"QELEBE.AZ"un məlumatına görə, bunu qış fasiləsində "Sabah"ı Belarusun "Minsk" klubuna dəyişən qapıçı Aleksandr Neçayev Bakıdakı həyat tərzi barədə "Pressball" nəşrinə müsahibəsində deyib.

29 yaşlı qolkiper bildirib ki, şəhərlə bağlı yalnız müsbət təəssüratları var: "Bir çox ölkələrdə olmuşam. Amma heç yerdə belə mehriban və gülərüz insanlara rast gəlməmişəm. Azərbaycan mentalitetini Belarusla müqayisə etsək, fərq hiss olunur. Yenidən Bakıya uçsam, bu, ən yaxşı dostumu ziyarət etmək kimi olar. Başqa cür deyil. Ən güclü emosiyalarım oradakı insanlarla bağlıdır".

"Sabah"a keçidindən də söz açan belaruslu çərçivə qoruyucusunun sözlərinə görə, Azərbaycandan təklif gələnə qədər karyerasını Türkiyədə davam etdirmək imkanı olub: "Amma həmin vaxtla "Rux"la müqaviləm olduğundan Bosfor və Çanaqqala sahillərinə köçmək baş tutmadı. Daha sonra "Sabah" variantı diqqətimi çəkdi. Təklif gözlənilməz oldu. Çünki artıq "Rux"la yeni müqavilənin şərtlərini razılaşdırmışdıq. Bir neçə günə sözləşmə imzalamalı idim. Qəfildən üfüq Bakı klubu ilə bağlı variant göründü".

Neçayev "Sabah"ın bu mövsüm çempionluq uğrunda mübarizə apardığını söyləyib: "Klubda əla iş şəraiti, yüksək keyfiyyətli infrastruktur var. Ən əsası isə güclü komanda yığılıb. Məşqçilər heyətində futbola müasir baxışı olan güclü mütəxəssislər, komandada təcrübəli oyunçular, eləcə də gənc istedadlar toplaşıb. Heyətdə çoxlu legioner var".

O, Azərbaycan heç vaxt dil və mentalitet problemi yaşamadığını vurğulayıb: "Açığı, karyeramı "Sabah"da davam etdirməyimdə komandaya rusiyalı mütəxəssis Murad Musayevin rəhbərlik etməsi həlledici rol oynadı".

Qeyd edək ki, "Sabah"a 2022-ci ilin yanvarında ölkəsinin "Rux" klubundan keçən Aleksandr Neçayev cari mövsümün ilk yarısında heç bir oyunda iştirak etməyib.

Futbol
UEFA "Qarabağ"a yarım milyon avro ödəniş edib

UEFA "Qarabağ"a yarım milyon avro ödəniş edib

Futbol
FİFA əsas vaxta əlavə edilmiş dəqiqələrin çox olmasına aydınlıq gətirib

FİFA əsas vaxta əlavə edilmiş dəqiqələrin çox olmasına aydınlıq gətirib

Futbol
“Zenit” rəsmisi “Qarabağ” və “Neftçi”nin maraqlandığı futbolçu ilə bağlı açıqlama verib

“Zenit” rəsmisi “Qarabağ” və “Neftçi”nin maraqlandığı futbolçu ilə bağlı açıqlama verib

Futbol
Tahir Süleymanov: "Əliyar Ağayevin briqadası ölkəmizi yaxşı səviyyədə təmsil etdi"

Tahir Süleymanov: "Əliyar Ağayevin briqadası ölkəmizi yaxşı səviyyədə təmsil etdi"

Futbol
"Qarabağ"ın kapitanı yenidən zədələnib

"Qarabağ"ın kapitanı yenidən zədələnib

Futbol
La Liqa: "Atletiko" "Valensiya"nı məğlub edib

La Liqa: "Atletiko" "Valensiya"nı məğlub edib

Futbol
Messi böyük titul əldə etmədən PSJ-dən ayrılmaq istəmir

Messi böyük titul əldə etmədən PSJ-dən ayrılmaq istəmir

Futbol
Abdullah Zubir: "İnanmıram ki, Qurban Qurbanovun mənim fikirlərimə ehtiyacı olsun"

Abdullah Zubir: "İnanmıram ki, Qurban Qurbanovun mənim fikirlərimə ehtiyacı olsun"

Futbol
Stanislav Çerçesov: "Qarabağ" çox güclü komandadır"

Stanislav Çerçesov: "Qarabağ" çox güclü komandadır"

Futbol
DÇ-2022: Argentina Meksikanı məğlub edib

DÇ-2022: Argentina Meksikanı məğlub edib

Futbol
Meksikada futbolçu oyun vaxtı infarktdan ölüb

Meksikada futbolçu oyun vaxtı infarktdan ölüb

Futbol
DÇ-2026-nın formatı dəyişdirilə bilər

DÇ-2026-nın formatı dəyişdirilə bilər