"Gent"in baş məşqçisi: "Qarabağ"ı keçmək üçün daha dəqiq oynamalıyıq"

"Gent"in baş məşqçisi: "Qarabağ"ı keçmək üçün daha dəqiq oynamalıyıq"

"Növbəti raunda keçmək istəyiriksə, son zərbələr zamanı daha dəqiq olmalıyıq".

"Report"un məlumatına görə, bunu "Gent" klubunun baş məşqçisi Heyn Vanhazebruk Belçikada "Qarabağ"a qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında deyib.

59 yaşlı mütəxəssis bildirib ki, Bakıdakı ilk matçda çərçivəyə dəqiq zərbələri olmayıb: "Bu, o qədər də yaxşı deyil. Çərçivəyə düşə bilmirsənsə, qol olmayacaq. Rəqib bizdən 2 dəfə çox qol epizodu yaratdı. Cavab oyununda daha yaxşı olmalıyıq. Bunun keyfiyyətlə əlaqəsi var. Demirəm ki, bizdə bu amil çatışmır. Sadəcə, fürsət düşəndə istifadə etməlisən. "Qarabağ"a bu keyfiyyətə sahib olduğumuzu göstərməli və heç olmasa onların qapıçısını işləməyə məcbur etməliyik".

O, cavab görüşündə işlərinin çətin olacağını etiraf edib: "Qarabağ" son çempionat matçında bizə qarşı oynamış 11 futbolçudan 9-na istirahət vermişdi. Biz isə hazırda bunu edə bilmirik. Bu, ağır zədə yükü ilə bağlıdır. Üstəlik, çoxdandır komandanın effektivliyi yoxdur. İki komandanın statistikasını müqayisə etsək, bu, daha aydın görünər".

Belçikalı baş məşqçi azarkeşləri stadiona gəlməyə səsləyib: "Qarabağ"ı keçsək. daha tanınmış komandalarla qarşılaşa bilərik. Qarşıda duran vəzifə çətindir, amma mümkünsüz deyil. Bu raundu adlayıb püşkatmada münasib rəqiblə düşsək, 1/4 finala da yüksələ bilərik. Kim bilir, daha sonra nələr olacaq. Çətin anlarda komandaya dəstək olmaq çox vacibdir. Bu qələbə həm 600 000 avro gəlir, həm də prestij deməkdir".

Vanhazebruk zədəli futbolçuların durumuna da toxunub: "Həmin futbolçuların vəziyyəti yaxşıdır. Amma bu, onların hamısının oynaya biləcəyi demək deyil. Ümid edirik ki, Alessio Kastro-Montesi matçadək tam bərpa olunacaq. Bu gün qismən məşq edib. Cozef Okumu hazırlıqda yer aldı, amma təkrar müayinədən keçməlidir. Endryü Hülsager ümumiyyətlə məşqə qatılmadı. Odur ki, cavab matçında oynamayacaq. Qalan futbolçular isə hələ də reabilitasiya mərhələsindədirlər. Start heyətində təxminən son çempionat matçındakı futbolçular olacaq. Amma bu dəfə Avropada kifayət qədər oyunçumuz olduğu təəssüratını yaratmaq üçün heyətə bir neçə gənc futbolçu cəlb etmişik (gülür).

Qeyd edək ki, fevralın 23-də "Gelamko Arena"da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Futbol
Braziliya Futbol Konfederasiyası Zinəddin Zidan üçün təklif hazırlayır

Braziliya Futbol Konfederasiyası Zinəddin Zidan üçün təklif hazırlayır

Futbol
"Qarabağ"ın 42 oyunluq məğlubiyyətsizlik seriyası başa çatıb

"Qarabağ"ın 42 oyunluq məğlubiyyətsizlik seriyası başa çatıb

Futbol
Azərbaycan millisinin rəqibi baş məşqçisi ilə yollarını ayıra bilər

Azərbaycan millisinin rəqibi baş məşqçisi ilə yollarını ayıra bilər

Futbol
Ukrayna Futbol Assosiasiyasının prezidenti saxlanılıb

Ukrayna Futbol Assosiasiyasının prezidenti saxlanılıb

Futbol
Kurban Berdıyev "Traktor"dan ayrıla bilər

Kurban Berdıyev "Traktor"dan ayrıla bilər

Futbol
Konfrans Liqası: Bu gün II turun oyunları keçiriləcək

Konfrans Liqası: Bu gün II turun oyunları keçiriləcək

Futbol
Qardaşı Pol Poqbanı oğurlayaraq 13 milyon avro tələb edib

Qardaşı Pol Poqbanı oğurlayaraq 13 milyon avro tələb edib

Futbol
Mahir Emreli növbəti dəfə zədələnib

Mahir Emreli növbəti dəfə zədələnib

Futbol
Peşəkar Futbol Liqası 4 loqo arasında seçim edəcək

Peşəkar Futbol Liqası 4 loqo arasında seçim edəcək

Futbol
Qaret Beyl peşəkar karyerasını başa vurub

Qaret Beyl peşəkar karyerasını başa vurub

Futbol
2022-ci ilin ən bahalı futbolçu transferləri açıqlanıb

2022-ci ilin ən bahalı futbolçu transferləri açıqlanıb

Futbol
"Neftçi" nigeriyalı futbolçunu baxışa dəvət edib

"Neftçi" nigeriyalı futbolçunu baxışa dəvət edib