Gəncədə azarkeş rekordu qırıldı - ardıcıl 2-ci dəfə
Misli Premyer Liqasında azarkeş rekordu yenilənib.
QELEBE.AZ xəbər verir ki, IV turda Gəncə Şəhər Stadionunda keçirilən “Kəpəz” – “Şamaxı” qarşılaşması 2026/27 mövsümünün tamaşaçı rekordu ilə yadda qalıb.
Görüşü 15 min azarkeş izləyib.
Qeyd edək ki, əvvəlki rekord da “Kəpəz”ə məxsus idi. Gəncə təmsilçisinin avqustun 30-da “Turan Tovuz”la keçirdiyi oyunu 13 500 tamaşaçı izləyib.

https://mail.qalaba.az//uploads/photo/gencede-azarkesh-rekordu-qirildi-ardicil-2-ci-defe.webp