Tural Qurbanov beynəlxalq oyuna təyinat alıb
Azərbaycanlı FIFA hakimi Tural Qurbanov beynəlxalq oyuna təyinat alıb.
QELEBE.AZ xəbər verir ki, o, UEFA Gənclər Liqasının I turunda keçiriləcək "Borussiya" (Dortmund, Almaniya) – "Vilyarreal" (İspaniya) qarşılaşmasını idarə edəcək.
Tural Qurbanova Cəmil Əliyev və Asiman Əzizli kömək edəcəklər.
Görüş sentyabrın 8-də Dortmund şəhərində yerləşən "Dortmund Brakel Təlim Mərkəzi" stadionunda keçiriləcək.

https://mail.qalaba.az//uploads/photo/tural-qurbanov-beynelxalq-oyuna-teyinat-alib.webp