Şahin Diniyev: "Asan qollar buraxmağımız məni narahat edir"

Şahin Diniyev: "Asan qollar buraxmağımız məni narahat edir"

"Asan qollar buraxmağımız məni narahat edir. Bunu yavaş-yavaş düzəltməliyik".

"QELEBE.AZ"un məlumatına görə, bunu "Səbail"in baş məşqçisi Şahin Diniyev evdə "Qəbələ" ilə 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XXIV tur oyunundan sonra mətbuat konfransında deyib.

57 yaşlı mütəxəssis matçın sürətli və qarşılıqlı hücumlar şəraitində keçdiyini bildiirb: "Mənə elə gəlir ki, azarkeşlər üçün də maraqlı görüş alındı. Hər iki komanda qalib gəlmək istəyirdi. Amma biz qələbəyə bir qədər yaxın idik. İstənilən halda lider komandalardan birinə qarşı bu cür oynamaq mənim üçün xoşdur. Şadam ki, hər həftə artırır, daha yaxşı çıxış etməyə çalışırıq. Yeni transferlər də onlardan gözlədiyimizi verə bilirlər. Fiziki hazırlıqla bağlı müəyyən çatışmazlıqlar olsa da, meydançanın hər qarışı uğrunda vuruşdular".

O, qarşılaşmanın əvvəlində zədələnərək yerini Mirabdulla Abbasova verən Franko Mazurekin durumuna da toxunub: "Bu gün ilk dəfə romb şəklində, hücumçusuz oynamaq istəyirdik. Bir həftə bunun üstündə işləmişdik. Məqsədimiz iki pleymeykerlə mübarizə aparmaq idi. Lakin Mazurekin zədələnməsi planımızı pozdu. Onu itirmək çox pis oldu. Bu gün MRT müayinəsindən sonra həkimlər bizə məlumat verəcəklər. Onun oynaması bizim üçün olduqca önəmlidir. Ümid edirəm ki, zədəsi uzunmüddətli deyil. Çünki burxulma var. Fikrimcə, növbəti oyuna kimi hazır olar. Amma MRT müayinəsindən sonra daha dəqiq bilinəcək".

Futbol
"Sabah"ın baş məşqçisi: "Gəncədən xalla qayıtmaq çox önəmli idi"

"Sabah"ın baş məşqçisi: "Gəncədən xalla qayıtmaq çox önəmli idi"

Futbol
Azərbaycan Kuboku: Bu gün 1/4 finalın daha 2 oyunu keçiriləcək

Azərbaycan Kuboku: Bu gün 1/4 finalın daha 2 oyunu keçiriləcək

Futbol
Türkiyədə 17 yaşlı futbolçu milliyə dəvət alıb

Türkiyədə 17 yaşlı futbolçu milliyə dəvət alıb

Futbol
Messi dünya rekordunu təkrarlayıb

Messi dünya rekordunu təkrarlayıb

Futbol
Şimali Makedoniya - Azərbaycan oyununun hakimləri bəlli olub

Şimali Makedoniya - Azərbaycan oyununun hakimləri bəlli olub

Futbol
Stokholmda təşkil olunacaq "Şuşa" beynəlxalq mini-futbol turnirinin püşkü atılıb

Stokholmda təşkil olunacaq "Şuşa" beynəlxalq mini-futbol turnirinin püşkü atılıb

Futbol
Qəzada ağır xəsarət alan hakim-inspektor: “Düşünürdüm ki, avtomobil partlayacaq”

Qəzada ağır xəsarət alan hakim-inspektor: “Düşünürdüm ki, avtomobil partlayacaq”

Futbol
Aftandil Hacıyev: "Qarabağ" və "Neftçi" qələbə üçün sonadək döyüşəcək"

Aftandil Hacıyev: "Qarabağ" və "Neftçi" qələbə üçün sonadək döyüşəcək"

Futbol
DÇ-2022: Xorvatiya 1/8 finalda, Belçika qrupda qalıb

DÇ-2022: Xorvatiya 1/8 finalda, Belçika qrupda qalıb

Futbol
PSJ Messinin əvəzləyicisini tapıb

PSJ Messinin əvəzləyicisini tapıb

Futbol
Premyer Liqa: "Neftçi" səfərdə "Kəpəz"ə qalib gəlib

Premyer Liqa: "Neftçi" səfərdə "Kəpəz"ə qalib gəlib

Futbol
İngiltərə klubları enerji böhranına görə oyunların vaxtını dəyişdirmək istəyir

İngiltərə klubları enerji böhranına görə oyunların vaxtını dəyişdirmək istəyir