"Gent"in baş məşqçisi: "Qarabağ" üzərində qələbə bizə psixoloji impuls verdi"

"Gent"in baş məşqçisi: "Qarabağ" üzərində qələbə bizə psixoloji impuls verdi"

"Qarabağ" üzərində qələbə bizə psixoloji impuls verdi".

"Report"un məlumatına görə, bunu "Gent"in baş məşqçisi Heyn Vanhazebruk Belçikada "Qarabağ"a əsas vaxtda 1:0, penaltilər seriyasında isə 5:3 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu barədə danışarkən deyib.

59 yaşlı mütəxəssis bildirib ki, bu qalibiyyət növbəti matçlarda komandaya kömək edəcək: "Amma realist olmaq lazımdır. Bizi gözləyən problemlərdən də xəbərdarıq. Son matçda komandamızda olan 21 oyunçudan 10-u yaxşı vəziyyətdə idi. Bu, bir komandanı meydana çıxarmaq üçün kifayət edir. Amma "Qarabağ"la oyunda 5 futbolçumuz zədləəndi. Onların "Brügge"yə qarşı çempionat matçında meydana çıxmaları sual altındadır. Onların adlarını çəkməyəcəyəm. Çünki bu, rəqibin əlinə oynamaq olar".

Qeyd edək ki, Bakıdakı ilk oyunda "Qarabağ"a məğlub olan (0:1) "Gent" cavab görüşündə eyni hesabla qalib gəlib. Əlavə vaxtda nəticə dəyişmədiyindən penaltilər seriyasına keçilib. Zərbələri daha dəqiq yerinə yetirən meydan sahibləri adını 1/8 finala yazdırıb.

Futbol
"Olimpiakos" "Qarabağ"la oyundan öncə yeni qapıçı transfer edib

"Olimpiakos" "Qarabağ"la oyundan öncə yeni qapıçı transfer edib

Futbol
Modriç və Ronaldo yenidən komanda yoldaşı ola bilərlər

Modriç və Ronaldo yenidən komanda yoldaşı ola bilərlər

Futbol
"Bavariya" 17 yaşlı türkiyəli futbolçu ilə maraqlanır

"Bavariya" 17 yaşlı türkiyəli futbolçu ilə maraqlanır

Futbol
Qazaxıstan yığması Azərbaycanla oyunda azlıqda qalıb

Qazaxıstan yığması Azərbaycanla oyunda azlıqda qalıb

Futbol
“Sabah”ın baş məşqçisi: “Rusiya futbolu üçün darıxmıram”

“Sabah”ın baş məşqçisi: “Rusiya futbolu üçün darıxmıram”

Futbol
DÇ-2022: Kosta-Rika millisinin yekun heyəti bəlli olub

DÇ-2022: Kosta-Rika millisinin yekun heyəti bəlli olub

Futbol
Zubir: “Son dəqiqələrdə qol buraxmaq məyusedicidir”

Zubir: “Son dəqiqələrdə qol buraxmaq məyusedicidir”

Futbol
Antalya toplanışı: "Kəpəz" ilk, "Qəbələ" 2-ci oyununu keçirəcək

Antalya toplanışı: "Kəpəz" ilk, "Qəbələ" 2-ci oyununu keçirəcək

Futbol
AVRO-2024: Azərbaycan və Türkiyə millilərinin rəqibləri müəyyənləşib

AVRO-2024: Azərbaycan və Türkiyə millilərinin rəqibləri müəyyənləşib

Futbol
"Qarabağ" - "Olimpiakos" oyunu üçün əlavə biletlər satışa çıxarılıb

"Qarabağ" - "Olimpiakos" oyunu üçün əlavə biletlər satışa çıxarılıb

Futbol
İqor Ponomaryov: "Bu, hakimlərin yeganə mübahisəli qərarı deyildi"

İqor Ponomaryov: "Bu, hakimlərin yeganə mübahisəli qərarı deyildi"

Futbol
Premyer Liqa: "Zirə" "Şamaxı"nı məğlub edib

Premyer Liqa: "Zirə" "Şamaxı"nı məğlub edib