UEFA Çempionlar Liqası: “Sabah” bu gün Dortmund “Borussiya”sını qəbul edir
“Sabah” bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində növbəti oyununu keçirəcək.
Apasport.az xəbər verir ki, Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda III turda Dortmund “Borussiya”sı ilə üz-üzə gələcək.
Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq. Matçı ispaniyalı baş hakim Xose Arbelora Roxas idarə edəcək.
“Sabah” iki turdan sonra 3 xalla turnir cədvəlinin 22-ci pilləsində qərarlaşıb. Dortmund təmsilçisi isə eyni xalla 18-ci sıradadır.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, III tur
20:45. “Sabah” – “Borussiya Dortmund"
Baş hakim: Xose Arbelora Roxas (İspaniya)
Bakı Olimpiya Stadionu

https://mail.qalaba.az//uploads/photo/uefa-chempionlar-liqasi-sabah-bu-gun-dortmund-borussiyasini-qebul-edir.webp











