“Qəbələ” Şamaxıda “Araz-Naxçıvan”la üz-üzə - YENİLƏNİR
Bu gün Misli Premyer Liqasında IX tura start veriləcək.
Apasport.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçiriləcək.
Turun açılış matçı Şamaxıda baş tutacaq. Burada “Araz-Naxçıvan” “Qəbələ”ni qəbul edəcək.
Meydan sahibləri mövsümdə ilk qələbələrini qazanmağa çalışacaq. Qonaqlar isə baş məşqçi Yeton Bekirinin rəhbərliyi altında səfərdən xal və ya xallarla qayıtmağı hədəfləyir.
Qarşılaşma saat 15:00-da başlayacaq.
Qeyd edək ki, “Araz-Naxçıvan” 2 xalla turnir cədvəlinin sonuncu – 12-ci pilləsində qərarlaşıb. Aktivində 4 xal olan “Qəbələ” isə 10-cu sıradadır.
Misli Premyer Liqası
IX tur
15:00. "Araz-Naxçıvan" – "Qəbələ"
Şamaxı şəhər stadionu

https://mail.qalaba.az//uploads/photo/qebele-shamaxida-araz-naxchivanla-uz-uze-yenilenir.webp