Petr Yan Dvalişvilini məğlub etdi, KƏMƏRİNİ QORUDU
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə UFC 333 turniri keçirilir.
Apasport.az xəbər verir ki, turnirin əsas qarşılaşmalarından birində rusiyalı Petr Yanla gürcüstanlı Merab Dvalişvili üz-üzə gəliblər.
Ən yüngül çəki dərəcəsində çempionluq kəməri uğrunda keçirilən döyüş idmançıların üçüncü qarşılaşması olub.
İlk görüşdə Dvalişvili qalib gəlsə də, 2025-ci ilin dekabrında Yan revanş alaraq çempionluq kəmərini geri qaytarıb.
Üçüncü döyüşdə Dvalişvili ilk raundlardan güləş texnikası və ardıcıl hücumları ilə üstünlük qazanmağa çalışıb. Yan isə xüsusilə sonrakı raundlarda rəqibinin hücumlarından müdafiə olunaraq dəqiq zərbələrlə cavab verib.
Yekunda qalibi hakimlərin rəyi müəyyənləşdirib. Petr Yan hakimlərin yekdil qərarı ilə qələbə qazanıb.

https://mail.qalaba.az//uploads/photo/petr-yan-dvalishvilini-meglub-etdi-kemerini-qorudu.webp