Emin Mahmudov "Neftçi"nin tarixinə düşüb

Emin Mahmudov "Neftçi"nin tarixinə düşüb

Azərbaycan millisinin futbolçusu Emin Mahmudov "Neftçi"nin tarixinə düşüb.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi kapitanlıq sarğısını daşıdığı paytaxt təmsilçisinin Premyer Liqadakı 1500-cü qolunun müəllifi olub.

"Ağ-qaralar"ın yubiley qolu ölkə çempionatının XXV turuna təsadüf edib. "Bakcell Arena"da "Turan Tovuz"u qəbul edən Bakı klubu 4:0 hesabı ilə qalib gəlib.

1992-ci ildən keçirilən ölkə çempionatlarının daimi iştirakçılarından biri olan “Neftçi” bu qarşılaşmaya qədər 1496 dəfə fərqlənmişdi. Paytaxt təmsilçisinin qarşılaşmadakı 4-cü topu yubiley xarakteri daşıyıb.

Bununla da “Neftçi” çempionatda 1500 qol vuran ilk komanda olub. Bakılılar 1500-cü qolu 878-ci matçda vurub. “Ağ-qaralar”ın orta məhsuldarlığı 1,71-ə bərabərdir.

Qeyd edək ki, “Neftçi”nin 1-ci qolunu 1992-ci il mayın 8-də Sumqayıt “Xəzər”i ilə qarşılaşmada Yunis Hüseynov vurub. 500-cü qola 1999-cu il oktyabrın 31-də “Kəpəz”lə görüşdə Aleksey Stukas, 1000-ci topa 2011-ci dekabrın 4-də “Simurq”la qarşılaşmada Araz Abdullayev imza atıb.

Futbol
Türkiyə kubokunun püşkü atılıb

Türkiyə kubokunun püşkü atılıb

Futbol
Miloş Velebit Azərbaycan millisindən kənarlaşdırılıb

Miloş Velebit Azərbaycan millisindən kənarlaşdırılıb

Futbol
Azərbaycanın futzal yığması Qazaxıstana uduzub

Azərbaycanın futzal yığması Qazaxıstana uduzub

Futbol
AFFA "Sabah"ın qapıçısını cəzalandırıb

AFFA "Sabah"ın qapıçısını cəzalandırıb

Futbol
Matuş Bero: "Azərbaycanla oyunun ilk hissəsi bizim üçün əsəbi keçdi"

Matuş Bero: "Azərbaycanla oyunun ilk hissəsi bizim üçün əsəbi keçdi"

Futbol
Azərbaycan derbisindən öncə bəzi neqativ hallar baş verib

Azərbaycan derbisindən öncə bəzi neqativ hallar baş verib

Futbol
PSJ-nin sahibi İngiltərədə klub almaq istəyir

PSJ-nin sahibi İngiltərədə klub almaq istəyir

Futbol
Natan Oduva: "Kiçik səhvlərə yol verdik, "Qarabağ" bizi cəzalandırdı"

Natan Oduva: "Kiçik səhvlərə yol verdik, "Qarabağ" bizi cəzalandırdı"

Futbol
"Neftçi"nin legionerinin durumuna aydınlıq gəlib

"Neftçi"nin legionerinin durumuna aydınlıq gəlib

Futbol
Azərbaycan millisinin futzalçısı: "Özümüzə inanırıq, şansımız böyükdür"

Azərbaycan millisinin futzalçısı: "Özümüzə inanırıq, şansımız böyükdür"

Futbol
“Qarabağ”ın dünya reytinqində yeri açıqlanıb

“Qarabağ”ın dünya reytinqində yeri açıqlanıb

Futbol
DÇ-2022-də növbəti sensasiya: Almaniya Yaponiyaya məğlub olub

DÇ-2022-də növbəti sensasiya: Almaniya Yaponiyaya məğlub olub