Azərbaycan boksçuları dünya çempionatına İngiltərə və Qazaxıstan yığmaları ilə hazırlaşacaqlar

Azərbaycan boksçuları dünya çempionatına İngiltərə və Qazaxıstan yığmaları ilə hazırlaşacaqlar

Kişi boksçulardan ibarət Azərbaycan milli komandası Qazaxıstana yollanıb.

Federasiyadan "QELEBE.AZ"a verilən məlumata görə, baş məşqçi Pedro Roke və böyük məşqçi Nəriman Abdullayevin rəhbərliyi altında yığmanın 17 idmançısı Almatıda təlim-məşq toplanışına qatılacaq.

Hazırlıqda Həsən Məlikov, Tural Sarıyev (hər ikisi 48 kq), Məsud Yusifzadə, Nicat Hüseynov (hər ikisi 51 kq), Ümid Rüstəmov, Əzrək Bəbirov (hər ikisi 57 kq), Malik Həsənov, Cəlal Qurbanov (hər ikisi 63,5 kq), Nəbi İsgəndərov, İlqar Salahov (hər ikisi 67 kq), Rəşid Həsənov, Sərxan Əliyev (hər ikisi 71 kq), Mirşərif Kazımzadə, Kamran Şahsuvarlı (hər ikisi 75 kq), Murad Allahverdiyev (80 kq), Eldar Quliyev (86 kq) və Alfonso Dominqes (92 kq) iştirak edəcəklər.

Toplanışa Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan və İngiltərə yığmaları da qatılacaq. Ev sahibləri məşqdə 100-dən artıq boksçu ilə təmsil olunacaqlar.

Bu gün start götürəcək hazırlıq martın 16-dək davam edəcək.

Qeyd edək ki, məşqlər dünya çempionatına hazırlıq məqsədi daşıyır.

Fərdi
Dünya çempionatı: Azərbaycanın 3 güləşçisi yarımfinala yüksələ bilməyib

Dünya çempionatı: Azərbaycanın 3 güləşçisi yarımfinala yüksələ bilməyib

Fərdi
Naxçıvanda Ümumdünya Şahmat Olimpiadasının açılışı olub

Naxçıvanda Ümumdünya Şahmat Olimpiadasının açılışı olub

Fərdi
Dünya çempionatı: Azərbaycan paracüdoçuları 3-cü medalı qazanıb

Dünya çempionatı: Azərbaycan paracüdoçuları 3-cü medalı qazanıb

Fərdi
Cüdo üzrə Azərbaycan çempionatında ilk qaliblər müəyyənləşib

Cüdo üzrə Azərbaycan çempionatında ilk qaliblər müəyyənləşib

Fərdi
Azərbaycan avarçəkəni Avropa çempionatında 9-cu yeri tutub

Azərbaycan avarçəkəni Avropa çempionatında 9-cu yeri tutub

Fərdi
Mahir Məmmədov:  "Shusha Chess 2022" turnirinin səviyyəsi çox yüksəkdir"

Mahir Məmmədov: "Shusha Chess 2022" turnirinin səviyyəsi çox yüksəkdir"

Fərdi
Olimpiya çempionu dopinqə görə cəzalandırılıb

Olimpiya çempionu dopinqə görə cəzalandırılıb

Fərdi
Belçikalı velosipedçi dünya çempionu olub

Belçikalı velosipedçi dünya çempionu olub

Fərdi
Azərbaycan şahmatçıları dünya çempionatında növbəti görüşlərini keçiriblər

Azərbaycan şahmatçıları dünya çempionatında növbəti görüşlərini keçiriblər

Fərdi
Bakıda keçiriləcək dünya çempionatının maskot və medalları təqdim olunub

Bakıda keçiriləcək dünya çempionatının maskot və medalları təqdim olunub

Fərdi
"Formula 1": Azərbaycan Qran-prisinin tarixi yenidən dəyişdirilib

"Formula 1": Azərbaycan Qran-prisinin tarixi yenidən dəyişdirilib

Fərdi
Dünya çempionatı: Dadaşov mübarizəyə başlayır, daha bir taekvondoçu uduzub

Dünya çempionatı: Dadaşov mübarizəyə başlayır, daha bir taekvondoçu uduzub