AFFA-nın növbəti Konfransı keçirilib

AFFA-nın növbəti Konfransı keçirilib

Bu gün AFFA-nın növbəti Konfransı keçirilib.

“Report” xəbər verir ki, 35 səs hüquqlu nümayəndənin 32-si toplantıda iştirak edib və Konfrans yetərsaya uyğun olaraq səlahiyyətli hesab olunub.

Əvvəlcə AFFA-nın prezidenti Rövnəq Abdullayev Konfrans iştirakçılarını salamlayıb: “Hörmətli Konfrans iştirakçıları, hörmətli qonaqlar! AFFA-nın Növbəti Konfransında hər birinizi salamlayıram. Hesabat dövründə ölkə futbolunun inkişafı məqsədilə müxtəlif tədbirlərin həyata keçirilməsi davam etdirilib. Ötən il, eyni zamanda, AFFA-nın təsis olunmasının 30 illik yubileyi ilə əlamətdar idi. Sevindirici haldır ki, möhtərəm cənab Prezident yubiley ilində futbol ictimaiyyətinin nümayəndələrini fəxri adla və “Tərəqqi” medalı ilə təltif etdi. Futbolumuzu hər zaman diqqət mərkəzində saxlayan və dəstəkləyən cənab Prezidentə futbol ailəsi adından bir daha təşəkkürümüzü bildiririk. Gənclər və İdman Nazirliyi tərəfindən də təltif olunan əməkdaşlarımız oldu. Onları da bir daha təbrik edir, Gənclər və İdman Nazirliyinə təşəkkür edirik”.

Qurum rəhbəri “Qarabağ” klubunun və Azərbaycan millisinin nəticələrindən də məmnun qalıb: “Hesabat ilində “Qarabağ”ın avrokuboklarda uğurlu çıxışı bizə böyük sevinc hissləri yaşatdı. Milli komandamızın da ardıcıl 5 oyunda qələbə qazanması xüsusi vurğulanacaq məqamlardandır”.

Hesabat dövründə AFFA-nın fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Baş katib Sərxan Hacıyev hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, AFFA-nın strategiyasına uyğun olaraq cari mövsümdən Premyer Liqada komandalarının sayı 10-a çatıb: “Həmçinin, dünya futbolunda baş verən yeniliklərə uyğun olaraq, ölkə çempionatında VAR sistemi uğurla tətbiq edilib. İnfrastrukturun yaxşılaşdırılması istiqamətində atılan addımlar kimi Tovuz şəhər stadionunun, Bayıl Arenanın ot örtüyünün yenilənməsini qeyd etmək olar”.

Baş katibin çıxışından sonra AFFA-nın Maliyyə və Mühasibatlıq Departamentinin rəisi Xalid Cavadov və müstəqil auditor Elnur Kazımov hesabat çıxışı ediblər.

“Futbolun İnkişafı Fondu”nun icraçı direktoru Tural Piriyev ötən il ərzində görülən işlər, həyata keçirilən layihələrdən, klubların dayanıqlı maliyyə yardımı istiqamətində dövlət və özəl qurumlarla əlaqələrdən danışıb. FİF-in əməkdaşlığı sayəsində bölgə kubları ilə müxtəlif görüşlər keçirdiklərini və layihələrin uğurla davam etdirildiyi bildirib.

Konfransda qonaq qismində iştirak edən FIFA rəsmisi Heide Behan və UEFA nümayəndəsi Cozef Kliment çıxış edərək, AFFA-ya və Azərbaycan futbol ailəsinə gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Sonra Gənclər və İdman naziri Fərid Qayıbov Konfransın uğurla təşkil olunduğunu qeyd edib, AFFA-ya ölkə futbolunun inkişafı naminə görülən işlərdə uğurlar arzulayıb.

Çıxışlar başa çatdıqdan martın 6-da 75 illik yubileyini qeyd edən ümumittifaq dərəcəli hakim, hazırda Futbol Veteranları İttifaqının sədr müavini vəzifəsində çalışan Rüstəm Rəhimova yubiley münasibətilə təbrik ünvanlanıb, AFFA-nın prezidenti Rövnəq Abdullayev və Gənclər və İdman naziri Fərid Qayıbov yubilyara xatirə hədiyyəsi təqdim edib.

Konfrans başa çatdıqdan sonra İcraiyyə Komitəsinin iclası, ardınca isə baş katib Sərxan Hacıyevin mətbuat konfransı keçirilib.

11:52

AFFA-nın növbəti Konfransı başa çatıb.

“Report”un məlumatına görə, Konfransda 2022-ci ilin hesabatı açıqlanıb.

Ardından AFFA İcraiyyə Komitəsinin üzvləri iclas üçün bir araya gəliblər. Toplantıda aşağıdakı məsələlər müzakirə olunacaq:

- Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə bağlı həyata keçirilməsi nəzərdə tutulan silsilə tədbirlər

- 2024-2028-ci illər üçün FIFA və UEFA tərəfindən ayrılacaq maliyyə vəsaitinin müxtəlif regionlarda yeni stadionların inşasına ayrılması

- Aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçilərinin təsdiqi

- AFFA-nın nəzdində fəaliyyət göstərən müvafiq komitələrin tərkibinin təsdiqi

- Futbol veteranları üçün fərdi təqaüdlər haqqında Əsasnaməsinin təsdiqi

- Yoxlama və Təftiş Komitəsinin hesabatı

- I Divizionda çıxış etmək üçün Region Liqasinda 3 illik fəaliyyət tələbi ilə bağlı qərarın müzakirəsi

- Azərbaycan Premyer Liqası, I Divizion və kubok oyunlarının internet üzərindən yayımı və oyunların statistik məlumatlarının əldə olunmasının PFL-ə həvalə olunmasının təsdiqi

- I Divizion və əvəzedici heyət yarışlarının ayrılmasının müzakirəsi

- 2023/2024 mövsümündən I Divizionda çıxış edən klublar üçün lisenziyalaşdırmanın tətbiqinin müzakirəsi

- Azərbaycan Futzal Federasiyasının fəaliyyəti ilə bağlı qurum rəhbərliyinin məlumatı

- Digər məsələlər

10:11

AFFA-nın növbəti Konfransı başlayıb.

“Report”un məlumatına görə, Konfransa AFFA prezidenti Rövnəq Abdullayev, vitse-prezidentlər Rauf Əliyev, Elşad Nəsirov, Vaqif Sadıqov, baş katib Sərxan Hacıyev, həmçinin gənclər və idman naziri Fərid Qayıbov sədrlik edirlər.

Konfransın gündəliyinə aşağıdakı məsələlər daxil olunub:

- Prezident tərəfindən iclasın açıq elan edilməsi;

- Konfransın tərkibinin yoxlanılması;

- İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təsdiq olunması;

- Maliyyə hesabatlarının təsdiq olunması;

- Müstəqil auditorun hesabatını nəzərə almaq;

- Hər hansı vakant vəzifəyə seçkilər;

- AFFA üzvlərinin təkliflərinin qəbul olunması;

- Digər məsələlər.

Konfransın ardından keçiriləcək AFFA İcraiyyə Komitəsinin iclasında bu məsələlər müzakirə ediləcək:

- Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə bağlı həyata keçirilməsi nəzərdə tutulan silsilə tədbirlər

- 2024-2028-ci illər üçün FIFA və UEFA tərəfindən ayrılacaq maliyyə vəsaitinin müxtəlif regionlarda yeni stadionların inşasına ayrılması

- Aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçilərinin təsdiqi

- AFFA-nın nəzdində fəaliyyət göstərən müvafiq komitələrin tərkibinin təsdiqi

- Futbol veteranları üçün fərdi təqaüdlər haqqında Əsasnaməsinin təsdiqi

- Yoxlama və Təftiş Komitəsinin hesabatı

- I Divizionda çıxış etmək üçün Region Liqasinda 3 illik fəaliyyət tələbi ilə bağlı qərarın müzakirəsi

- Azərbaycan Premyer Liqası, I Divizion və kubok oyunlarının internet üzərindən yayımı və oyunların statistik məlumatlarının əldə olunmasının PFL-ə həvalə olunmasının təsdiqi

- I Divizion və əvəzedici heyət yarışlarının ayrılmasının müzakirəsi

- 2023/2024 mövsümündən I Divizionda çıxış edən klublar üçün lisenziyalaşdırmanın tətbiqinin müzakirəsi

- Azərbaycan Futzal Federasiyasının fəaliyyəti ilə bağlı qurum rəhbərliyinin məlumatı

- Digər məsələlər

Futbol
Zaur Axundov milli komandanın futzalçıları ilə görüşüb

Zaur Axundov milli komandanın futzalçıları ilə görüşüb

Futbol
Azərbaycan təmsilçisinin Çempionlar Liqasındakı oyunlarının başlama saatları açıqlanıb

Azərbaycan təmsilçisinin Çempionlar Liqasındakı oyunlarının başlama saatları açıqlanıb

Futbol
DÇ-2030 qışda və üç qitədə keçirilə bilər

DÇ-2030 qışda və üç qitədə keçirilə bilər

Futbol
Rumıniyalı məşqçi: “Azərbaycan klubu ilə oyunda aqressiya həddini aşmadı”

Rumıniyalı məşqçi: “Azərbaycan klubu ilə oyunda aqressiya həddini aşmadı”

Futbol
Azərbaycan Premyer Liqası: İlin ilk turunun proqramı bəlli olub

Azərbaycan Premyer Liqası: İlin ilk turunun proqramı bəlli olub

Futbol
"Qəbələ"nin prezidenti Klublar Komitəsinin sədri seçilib

"Qəbələ"nin prezidenti Klublar Komitəsinin sədri seçilib

Futbol
Premyer Liqa: "Qarabağ" "Qəbələ"ni, "Şamaxı" "Zirə"ni qəbul edəcək

Premyer Liqa: "Qarabağ" "Qəbələ"ni, "Şamaxı" "Zirə"ni qəbul edəcək

Futbol
FIFA Serbiya milli komandasını cəzalandırıb

FIFA Serbiya milli komandasını cəzalandırıb

Futbol
"Fənərbağça" məğlubiyyətdən qaçıb, "Trabzonspor" ilk qələbəsini qazanıb

"Fənərbağça" məğlubiyyətdən qaçıb, "Trabzonspor" ilk qələbəsini qazanıb

Futbol
DÇ-2022: Portuqaliya İsveçrəni 6:1 məğlub edərək 1/4 finala yüksəlib

DÇ-2022: Portuqaliya İsveçrəni 6:1 məğlub edərək 1/4 finala yüksəlib

Futbol
"Neftçi"nin baş məşqçisi: "Gəncədəki stadionda otun hündürlüyü böyük idi"

"Neftçi"nin baş məşqçisi: "Gəncədəki stadionda otun hündürlüyü böyük idi"

Futbol
Rusiya klubunun baş məşqçisi istefaya göndərilib

Rusiya klubunun baş məşqçisi istefaya göndərilib