Premyer Liqa: “Kəpəz” 5 ildən sonra ilk dəfə “Neftçi”dən xal alıb

Premyer Liqa: “Kəpəz” 5 ildən sonra ilk dəfə “Neftçi”dən xal alıb

Azərbaycan Premyer Liqasında XXVII tur davam edir.

“Report”un məlumatına görə, günün son oyunu “Bakcell Arena”da keçirilib.

Turnir cədvəlinin üçüncü pilləsində qərarlaşan “Neftçi” səkkizinci yerdə gedən “Kəpəz”i qəbul edib. Sönük keçən birinci hissədə qapılara qol vurulmayıb. Əvəzində ikinci hissə məhsuldar alınıb.

Sükutu 57-ci dəqiqədə gözlənilmədən gəncəlilər pozublar. Kapitan Yusif Nəbiyev uzaq məsafədən vurduğu baxımlı qolla hesabı açıb. Ancaq “Kəpəz”in üstünlüyü uzun çəkməyib.

Əvvəlcə 8 dəqiqə sonra “ağ-qaralar”ın kapitanı Emin Mahmudov cərimə meydanı həndəvərindən yaxın küncü dəqiq nişan alıb. 71-ci dəqiqədə Eddi İsrafilov künc nöqtəsindən ötürülən topu başla qapıdan keçirib.

Buna baxmayaraq, təslim olmayan “Kəpəz” cəmi 2 dəqiqə sonra status-kvonu bərpa edib. Salif Sisse yaxın məsafədən qüvvətli zərbə ilə rəqibi mərkəzə dəvət edib.

Hər iki komandanın cəhdlərinə baxmayaraq, qarşılaşma 2:2 hesabı ilə başa çatıb. Bu nəticədən sonra “Neftçi” 56 xalla üçüncü pillədə qalıbsa, aktivindəki xalların sayını 22-yə çatdıran “Kəpəz” yeddinci yerə yüksəlib.

Beləliklə, güclü rəqibini Bakıda büdrədən “Kəpəz” “Neftçi” ilə oyunlardakı ardıcıl 5 oyunluq məğlubiyyət seriyasına son qoyub və 5 ildən sonra ilk dəfə rəqibindən xal alıb.

Qeyd edək ki, buna qədər “Qarabağ” “Sumqayıt”ı (6:0), “Sabah” “Zirə”ni (2:0) səfərdə məğlub edib, “Səbail”lə “Turan Tovuz” arasındakı görüş heç-heçə (1:1) nəticələnib. Tura martın 17-də keçiriləcək “Qəbələ” - “Şamaxı” matçı ilə yekun vurulacaq.

17:54

Azərbaycan Premyer Liqasının XXVII turunda üz-üzə gələcək "Neftçi" və "Kəpəz"in start heyətləri açıqlanıb.

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

"Neftçi": 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 14. Eddi İsrafilov, 3. Höccət Haqverdi, 7. Azər Əliyev, 6. Voyislav Stankoviç, 10. Sezar Meza Kolli, 4. Solomon Kverkveliya, 5. Kenni Sayef, 22. Kilan Lebon, 9. Mateus Saldanya
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 26. Ömər Buludov, 2. Mert Çelik, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 37. Elton Əlibəyli, 41. Samir Həsənov, 18. Vato Arveladze, 77. Yeqor Boqomolski
Baş məşqçi: Laurentsiu Regekampf

"Kəpəz": 71. Mario Mustapiç, 80. Tural Rzayev, 74. Yusif Nəbiyev (k), 14. Elçin Əlicanov, 77. Fərid Nəbiyev, 5. İdris İnqilablı, 3. Abdulla Rzayev, 10. Salif Sisse, 40. Ahmed Ayzaya, 78. Yeqor Xvalko, 21. Martins Junior
Ehtiyat oyunçular: 68. Orxan Sadıxlı, 25. Elgün Bayramov, 8. Tural Axundov, 70. Nicat Süleymanov, 2. Zamiq Əliyev, 37. Ruslan Süleymanov, 91. Nizami Səmədov, 97. Nicat Məmmədov, 20. Mahir Həsənov, 44. Nihat Fərəci, 9. Mate Kvirkviya
Baş məşqçi: Tərlan Əhmədov

Qeyd edək ki, "Bakcell Arena"dakı qarşılaşma saat 19:00-da başlayacaq.

Futbol
"Atletiko" 126 milyon avroya aldığı futbolçunu icarəyə verir

"Atletiko" 126 milyon avroya aldığı futbolçunu icarəyə verir

Futbol
"Real Madrid"in futbolçusu karyerasını başa vura bilər

"Real Madrid"in futbolçusu karyerasını başa vura bilər

Futbol
"Frayburq"un baş məşqçisi: "Qarabağ" əla komandadır"

"Frayburq"un baş məşqçisi: "Qarabağ" əla komandadır"

Futbol
AFFA Samir Abasovun cəzasını yüngülləşdirib

AFFA Samir Abasovun cəzasını yüngülləşdirib

Futbol
"Qarabağ" azarkeşləri Yunanıstanda hücuma məruz qalıb

"Qarabağ" azarkeşləri Yunanıstanda hücuma məruz qalıb

Futbol
Fariz Nəcəfov: "VAR sistemində boşluqların olmasını anlayışla qarşılayıram"

Fariz Nəcəfov: "VAR sistemində boşluqların olmasını anlayışla qarşılayıram"

Futbol
Messi və Ronaldu 2020-ci ildən bəri ilk dəfə üz-üzə gələcəklər

Messi və Ronaldu 2020-ci ildən bəri ilk dəfə üz-üzə gələcəklər

Futbol
“Sivasspor” – “Qalatasaray” oyununda səhv edən hakim karyerasını bitirib

“Sivasspor” – “Qalatasaray” oyununda səhv edən hakim karyerasını bitirib

Futbol
FIFA Seneqal Futbol Federasiyasını cərimələyib

FIFA Seneqal Futbol Federasiyasını cərimələyib

Futbol
Rəşad Sadıqov: "Elə "qırmızı" alsaydım, bəlkə mən də hər yeri qırıb-dağıdardım"

Rəşad Sadıqov: "Elə "qırmızı" alsaydım, bəlkə mən də hər yeri qırıb-dağıdardım"

Futbol
Renat Dadaşov İsveçrə çempionatında ayın futbolçusu seçilib

Renat Dadaşov İsveçrə çempionatında ayın futbolçusu seçilib

Futbol
Futbol eksperti: "Millinin ardıcıl qələbələrinə inkişafın başlanğıcı demək tezdir" - RƏY

Futbol eksperti: "Millinin ardıcıl qələbələrinə inkişafın başlanğıcı demək tezdir" - RƏY