Azərbaycanın qadın güləşçiləri Avropa çempionatını 3 medalla başa vurublar

Azərbaycanın qadın güləşçiləri Avropa çempionatını 3 medalla başa vurublar

Azərbaycanın qadın güləşçisi Birgül Soltanova Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında final görüşünə çıxıb.

"QELEBE.AZ"un məlumatına görə, 65 kq-da mübarizə aparan idmançı həlledici qarşılaşmada rumıniyalı Amina Kapezanla qüvvəsini sınayıb. Rəqibinə 5:6 hesabı ilə uduzan Soltanova gümüş medalla kifayətlənib.

Bu, Azərbaycanın qadın güləşçilərinin qitə yarışında 3-cü medalı olub. Daha əvvəl Elnurə Məmmədova (55 kq) və Jalə Əliyeva (57 kq) Avropa 3-cüsü olub.

20:34

Azərbaycanın qadın güləşçisi Jalə Əliyeva Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatında bürünc medal qazanıb.

"QELEBE.AZ"un məlumatına görə, 57 kq-da çıxış edən idmançı 3-cü yer uğrunda görüşdə italiyalı Auroro Russo ilə üz-üzə gəlib. Rəqibini 6:2 hesabı ilə məğlub edən Əliyeva fəxri kürsünün 3-cü pilləsinə qalxıb.

53 kq-da yer alan Gültəkin Şirinova isə bürünc medal qarşılaşmasında moldovalı Mariana Draqatuna uduzaraq 5-ci yerlə kifayətlənib.

Bu gün, həmçinin, 65 kq-da Birgül Soltanova final görüşünə çıxacaq. Onun rəqibi rumıniyalı Amina Kapezan olacaq.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçiləri 4 medal qazanıblar. Elmir Əliyev (60 kq), Qurban Qurbanov (72 kq) və Murad Əhmədiyev (97 kq) qızıl, Xasay Həsənli (77 kq) isə gümüş medala sahib çıxıb. Qadın güləşçilərdən isə Elnurə Məmmədova (55 kq) bürünc medala yiyələnib.

Fərdi
Teymur Rəcəbov: "Rusiya komandası beynəlxalq yarışlarda iştirak etməlidir"

Teymur Rəcəbov: "Rusiya komandası beynəlxalq yarışlarda iştirak etməlidir"

Fərdi
Mahir Məmmədov:  "Shusha Chess 2022" turnirinin səviyyəsi çox yüksəkdir"

Mahir Məmmədov: "Shusha Chess 2022" turnirinin səviyyəsi çox yüksəkdir"

Fərdi
"Formula 1": Azərbaycan Qran Prisi üçün könüllülərin qeydiyyatına start verilir

"Formula 1": Azərbaycan Qran Prisi üçün könüllülərin qeydiyyatına start verilir

Fərdi
Dünya çempionatı: Azərbaycanın qadın boksçusu 1/4 finala yüksəlib

Dünya çempionatı: Azərbaycanın qadın boksçusu 1/4 finala yüksəlib

Fərdi
Şuşadakı beynəlxalq şahmat turnirinin rəsmi saytı təqdim olunub

Şuşadakı beynəlxalq şahmat turnirinin rəsmi saytı təqdim olunub

Fərdi
Ülviyyə Fətəliyeva: "Uğurumuz gərgin məşqlərin nəticəsidir"

Ülviyyə Fətəliyeva: "Uğurumuz gərgin məşqlərin nəticəsidir"

Fərdi
Azərbaycan gimnastları Böyük Britaniya çempionatında 4 medal qazanıblar

Azərbaycan gimnastları Böyük Britaniya çempionatında 4 medal qazanıblar

Fərdi
Avropa çempionatı: Azərbaycan cüdoçusu ilk görüşündə qələbə qazanıb

Avropa çempionatı: Azərbaycan cüdoçusu ilk görüşündə qələbə qazanıb

Fərdi
Məmmədyarovun rusiyalı şahmatçı ilə görüşündə məzəli hadisə baş verib

Məmmədyarovun rusiyalı şahmatçı ilə görüşündə məzəli hadisə baş verib

Fərdi
Naxçıvanda Ümumdünya Şahmat Olimpiadasının açılışı olub

Naxçıvanda Ümumdünya Şahmat Olimpiadasının açılışı olub

Fərdi
Azərbaycan taekvondoçuları mundialı bir medalla başa vurublar

Azərbaycan taekvondoçuları mundialı bir medalla başa vurublar

Fərdi
Fəridə Əliyeva: "İdmançılarımıza qarşı çox böyük haqsızlıq oldu"

Fəridə Əliyeva: "İdmançılarımıza qarşı çox böyük haqsızlıq oldu"