Ralf Ranqnik: “Topa sahib olmağı sevən güclü komanda ilə qarşılaşacağıq”

Ralf Ranqnik: “Topa sahib olmağı sevən güclü komanda ilə qarşılaşacağıq”

“Topa sahib olmağı sevən güclü komanda ilə qarşılaşacağımızı bilirik”.

“Report”un məlumatına görə, bunu Avstriya yığmasının baş məşqçisi Ralf Ranqnik Azərbaycan millisinə qarşı keçirəcəkləri AVRO-2024-ün seçmə mərhələ oyunu öncəsi təşkil olunan mətbuat konfransında deyib.

Almaniyalı mütəxəssis həm Azərbaycan, həm də Estoniya ilə görüşün favoriti olduqlarını söyləyib: “İlk dəfə qarşıda favorit olduğumuz iki oyun var. Andorra ilə matç istisnadır. Azərbaycan millisi son beş oyunda qələbə qazanıb. Ancaq azarkeşlər onları məğlub etməyimizi gözləyirlər. Bu mənada növbəti addımı atmalıyıq. Əminəm ki, bunu edə bilərik”.

Ranqnik kapitan David Alabanın Azərbaycanla martın 24-dəki qarşılaşmada iştirak etməyəcəyini sözlərinə əlavə edib. O, həmin görüşdə kapitanlıq sarğısını yarımmüdafiəçi Marsel Sabitzerin taxacağını vurğulayıb. Baş məşqçi qapı xəttində isə Haynts Lindnerin dayanacağını deyib.

Qeyd edək ki, martın 24-də Linzdəki “Raiffeisen Arena”da keçiriləcək Avstriya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Futbol
Mario Balotellinin yeni klubu bəlli olub

Mario Balotellinin yeni klubu bəlli olub

Futbol
UEFA İndoneziyada stadionda zərərçəkənlərlə həmrəy olduğunu bildirib

UEFA İndoneziyada stadionda zərərçəkənlərlə həmrəy olduğunu bildirib

Futbol
"Qarabağ"ın kapitanı yenidən zədələnib

"Qarabağ"ın kapitanı yenidən zədələnib

Futbol
“Səbail” Türkiyə toplanışını məğlubiyyətlə başa vurub

“Səbail” Türkiyə toplanışını məğlubiyyətlə başa vurub

Futbol
"Kəpəz"in legioneri: "Azarkeşlərin güclü dəstəyinə ehtiyacımız var"

"Kəpəz"in legioneri: "Azarkeşlərin güclü dəstəyinə ehtiyacımız var"

Futbol
Murad Musayev: “Krasnodar”ın Kadiyə təklif etdiyi maliyyə şərtləri daha yaxşı olacaq”

Murad Musayev: “Krasnodar”ın Kadiyə təklif etdiyi maliyyə şərtləri daha yaxşı olacaq”

Futbol
Şimali Makedoniya və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Şimali Makedoniya və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Futbol
Elmar Baxşıyev: "Qarabağ"la oyundan zövq aldım"

Elmar Baxşıyev: "Qarabağ"la oyundan zövq aldım"

Futbol
Canni De Byazi Polşa millisinin baş məşqçisi olmaq istəyir

Canni De Byazi Polşa millisinin baş məşqçisi olmaq istəyir

Futbol
"Frayburq" "Qarabağ"la oyunda hesabı açıb

"Frayburq" "Qarabağ"la oyunda hesabı açıb

Futbol
"Barselona" London klublarından futbolçular transfer edib

"Barselona" London klublarından futbolçular transfer edib

Futbol
İTV futbol üzrə dünya çempionatının oyunlarını yayımlayacaq

İTV futbol üzrə dünya çempionatının oyunlarını yayımlayacaq