Azər Bağırov: "Premyer Liqaya vəsiqə qazansaq da, hələ heç bir emosiyamız yoxdur"

Azər Bağırov: "Premyer Liqaya vəsiqə qazansaq da, hələ heç bir emosiyamız yoxdur"

"Premyer Liqaya vəsiqəni təmin etsək də, hələ heç bir emosiyamız yoxdur".

Bunu "Report"a açıqlamasında "Araz Naxçıvan"ın baş məşqçisi Azər Bağırov I Divizionda qızıl medalları və Premyer Liqaya vəsiqəni təmin etmələri barədə danışarkən deyib.

42 yaşlı mütəxəssis bildirib ki, hələlik hər hansı sevinc hissindən söhbət gedə bilməz: "Çünki çempionat bitməyib. Qarşımıza qoyduğumuz hədəflər var. Mövsüm başa çatdıqdan sonra emosiyaları bölüşmək olar. Müasir futbolun tələbi elədir ki, meydanı tərk etməyənə, duşun altında dayanmayanadək oyun qurtarmır. Qarşıda gərgin matçlar var, onlara hazırlaşırıq".

Onun sözlərinə görə, nəyisə təmin etmək üçün medalları boyundan asmaq lazımdır: "Sadəcə, onu deyim ki, məsuliyyətimiz böyükdür, Premyer Liqa daha çətin olacaq. Başqa planla işləyəcəyik. Bütün sənədlər AFFA və PFL-ə təqdim edilib. Sadəcə, meydança, projektor kimi məsələlər qalıb. Bunlar həllini tapandan sonra mətbuata açıqlama veriləcək. Maliyyə və digər meyarlarla bağlı isə heç bir problem yoxdur".

Bağırov Premyer Liqadakı ev oyunlarını Naxçıvanda keçirmək istədiklərini söyləyib: "Bu istiqamətdə işlər gedir. Yəqin ki, növbəti həftənin əvvəlində daha dolğun informasiya verə bilərik".

Baş məşqçinin fikrincə, elitada yaxşı işlər görmək üçün heyətdə radikal da olmasa, normal dəyişikliklər etmək lazımdır: "Bizə dəyər verən, yanımızda olmaq istəyən və elitada oynaya biləcək futbolçular var. Birdən-birə böyük dəyişikliklər olmayacaq. Amma standartlara cavab verməyən futbolçular vəziyyəti özləri başa düşməlidirlər. Onu da əlavə edim ki, bizdə bütün oyunçuların müqaviləsi mayın 31-də başa çatacaq".

Təcrübəli mütəxəssis Premyer Liqa üçün hədəflərini də açıqlayıb: "Klub rəhbərliyi ilə söhbətlərimizdə dəfələrlə bildirilib ki, elitaya çıxsaq, ilk ildə yerimizi qorumağa, ikinci ildə ölkə kuboku və çempionatda nisbətən irəliyə getməyə, üçüncü ildə isə avrokuboklar uğrunda mübarizə aparmağa cəhd edəcəyik. Çətin olacağını başa düşürük. Çünki Premyer Liqanın bir çox klubu köklü infrastruktura malikdir. Naxçıvanda isə 10 ilə yaxındır, böyük futbol yoxdur".

Futbol
Çempionlar Liqası: "Araz-Naxçıvan"ın sonuncu rəqibi bəlli olub

Çempionlar Liqası: "Araz-Naxçıvan"ın sonuncu rəqibi bəlli olub

Futbol
Emin Mahmudov: "Qarabağ" ikinci hissədə oynamağa imkan vermədi"

Emin Mahmudov: "Qarabağ" ikinci hissədə oynamağa imkan vermədi"

Futbol
Qurban Qurbanov: "Nant" keyfiyyətli komandadır"

Qurban Qurbanov: "Nant" keyfiyyətli komandadır"

Futbol
"Olimpiakos"un baş məşqçisi: "Gərgin vəziyyətdə mübarizə aparmaq asan deyil"

"Olimpiakos"un baş məşqçisi: "Gərgin vəziyyətdə mübarizə aparmaq asan deyil"

Futbol
Rəşad Sadıqov: "Qarabağ" nə vururdusa, hamısı qol olurdu"

Rəşad Sadıqov: "Qarabağ" nə vururdusa, hamısı qol olurdu"

Futbol
UEFA "Qarabağ"la oyunda "Olimpiakos"a azarkeşlərlə bağlı məhdudiyyət qoyub

UEFA "Qarabağ"la oyunda "Olimpiakos"a azarkeşlərlə bağlı məhdudiyyət qoyub

Futbol
Millətlər Liqası: Slovakiya - Azərbaycan oyununda 2-ci hissə başlayıb

Millətlər Liqası: Slovakiya - Azərbaycan oyununda 2-ci hissə başlayıb

Futbol
"Qarabağ"ın rəqibi ispaniyalı futbolçu üçün 10 milyon avro ödəyəcək

"Qarabağ"ın rəqibi ispaniyalı futbolçu üçün 10 milyon avro ödəyəcək

Futbol
Avropa Liqası: Həftənin futbolçusu adına namizədlər bəlli olub

Avropa Liqası: Həftənin futbolçusu adına namizədlər bəlli olub

Futbol
Braziliya klubu 36 yaşlı tanınmış futbolçu ilə müqaviləni uzadıb

Braziliya klubu 36 yaşlı tanınmış futbolçu ilə müqaviləni uzadıb

Futbol
Türkiyə klubu 42 yaşlı futbolçu ilə yeni müqavilə imzalayacaq

Türkiyə klubu 42 yaşlı futbolçu ilə yeni müqavilə imzalayacaq

Futbol
İranda Azərbaycan əsilli futbolçu barəsində ölüm hökmü çıxarılıb

İranda Azərbaycan əsilli futbolçu barəsində ölüm hökmü çıxarılıb